Atalar və Oğullar

Ivan Turgenyev
İvan Sergeyeviç Turgenevin (1818-1883) “Atalar və oğullar” romanı – XIX əsrin 60-cı illərində yazılmış və o dövr üçün çox məşhur olmuş əsərin baş qəhrəmanı Yevgeni Bazarov gənclərin təqlid nümunəsi olmuşdur. Kompomistizlik, nüfuzlar və köhnə həqiqətlər önündə əyilməmə, faydalı olan şeyin gözəl olan üzərində üstünlüyü kimi ideallar həmin dövrün adamları tərəfindən dərk edilmiş və Bazarovun dünyagörüşündə əks olunmuşdur. “Atalar və oğullar” romanında, o dövr rus ədəbiyyatının ən xarakterik xüsusiyyətlərindən biri – ədəbiyyatın ictimai əhval-ruhiyyəsinin real axını ilə sıx əlaqəsi daha tam şəkildə öz ifadəsini tapmışdır. “Russkoe slovo” jurnalı D.İ.Pisaverin şəxsində, hətta radikal əhval-ruhiyyəli Bazarovu öz idealı hesab edir. Eyni zamanda, əgər Bazarov surətinə tarixi nöqteyi-nəzərdən yanaşılsa, yəni ona XIX əsrin 60-cı illərinin əhval-ruhiyyəsini əks etdirən bir tip kimi baxılsa, onda deyə bilərik ki, bu surət tamamilə açıqlanmamışdır. Belə ki, o dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü olmuşdur və romanda buna demək olar ki, toxunulmamışdır. .
Yazar:
Ivan Turgenyev
Ivan Turgenyev
Çevirmen:
Mikayıl Rzaquluzadə
Mikayıl Rzaquluzadə
Tahmini Okuma Süresi: 6 sa. 55 dk.Sayfa Sayısı: 244Basım Tarihi: 2016İlk Yayın Tarihi: 1862Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: Отцы и дети
ISBN: 9789952268065Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
244 syf.
8/10 puan verdi
·
21 günde okudu
Nihilist üçün inkar etmək ağır bir yükdür!
Bu kitabı oxuduğum üçün şad olduğumu bildirmək istəyirəm. Amma qəribə bir hal var ki, haradan necə başlayacağımı özüm də bilmirəm. Spoilər vermək kimi fikrimdə yoxdur. Sadəcə lakonik bir fikir bildirəcəyəm. Bazarov, səni nə qınamağa, nə də sevməyə müvəffəqəm. Amma bunu ikimizdə bilirik ki, seçdiyin yol sonunda sənin çiyinlərinə də ağır gəldi. Gəl razılaşaq sən sevməyi bacarırdın, bədii ədəbiyyata da inanırdın, hətta sevməyi hamımızdan daha çox sən bacarırdın. Sadəcə bir az azad, kəmhövsələ, asılı olmağı sevməyən biri idin. Amma əsla nihilist deyildin. Doğru deyirsən biz faydalı olanla gözəl olan arasında daima mübarizə aparırıq. Hə... bir də sənin kimi imkansız olana vurulur daha sonra isə qaçmağı seçirik. Nə edə bilərik ki, bu qəlb sözümüzə baxmırsa?! Nə edə bilərik ki, düşüncələrimizi qəlbimiz üzərində hakim edə bilmiriksə?! Deyəsən səni digər obrazlardan bir az çox sevdim, Bazarov. Amma niyə sevdiyimi özüm də bilmirəm... Bir də sən dediyin kimi unutmaq insan oğlunun bacara bildiyi və daha sonra isə bir sıra bəhanələrlə üzərini örtməyə çalışdığı ən böyük axmaqlıqdır. Biz də unuduruq, sən də unutdun. Məsələn, mən bu yazdığım yazını da son nöqtəni qoyduqdan altı dəqiqə sonra unutmağa başlayacağam. Xoş mütaliələr!
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
Reklam
244 syf.
7/10 puan verdi
·
4 günde okudu
Uzun zamandır kitab oxuya bilmirəm təəssüf ki. Tutunacağım şeyləri seçərkən artıq çox incə düşünmək məcburiyyətindəyəm. Və kitablar bir yerə qədər çarə ola bilir. Mənsə özümə gəldiyim bütün müddətlərdə burdayam, kitablayam. Məni buralarda görməsəniz, bilin ki hardasa ölürəm.. və məni bir anlıq da olsa xatırlayıb hörmətlə anarsınız.. Kitabın
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
244 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Xoş oxumalar
@hsynva98 https://1000kitap.com/kitabstagram Sizlə kitab barədə müzakirə edə bilərik.Təbii ki,başqa oxuyan kimlər varsa. Başlıq: Atalar və Oğullar Yazar: İvan Turgenev Səhifə: 239
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
244 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Atalar və Oğullar
Kitabda adından da göründüyü kimi nəsillər arasında olan fikir ayrılığı əsas mövzudur. Baş obraz Bazarov və onun dostu Arkadi adətlərin, valideynlərinin, yaxınlarının düşüncələri ilə zidd düşüncələrə malikdilər. Yəni nihilistdirlər, hər şeyin mənadan və dəyərdən yoxsun olduğunu söyləyirlər. Hazırkı dövrün əsas problemlərindən biridir əslində, çoxumuz valideynlərimizlə bir -birimizə yadıq. Anlamırlar bizi ,ya da bəlkə anlamırıq onları. Hər kəs nihilist olmağı seçmir ,bəlkə,amma hər kəsin öz çıxış yolları olur əlbət. . Bazarov Arkadidən fərqli idi digərlərinə qarşı kobud davranırdı, digərlərinin fikirlərinə qulaq asmırdı,saymazyana yanaşırdı. Arkadi isə Bazarovun dilindən desək daha romantik idi. Bazarov dostuna deyir :"Gözəl danışma." Arkadi isə cavabında : "Mən bacardığım kimi danışıram... "deyir. Bəs Bazarov? Yazıçı Bazarov obrazı üçün deyib: Əgər oxuyucu Bazarovu bütün soyuqluğu, qəlbsizliyi, kobudluğu ilə sevə bilmədisə demək ki mən günahkaram,məqsədimə nail olmamışam. Hər nə qədər başlarda mən də Bazarovu acılayaraq,ona əsəbləşərək oxuyurdum kitabı. Bu qədər kəskin davranmasaydı,sənətə və mədəniyyətə olan nifrəti,insanlığa olan nifrəti son hala gətirdi onu. Çox,amma çox təsirli idi. Mən də bir iz buraxan kitab desələr ilk ağlıma gələn adlardan olacaq kitab və Bazarov sayəsindəə. Yəni,aldım mesajı Turgenev.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
Reklam
244 syf.
·
Puan vermedi
·
4 günde okudu
Əsərin bədii cəhətlərindən danışası olsaq, fikrimcə, o qədər də yüksəkdə deyil. Ən azından ona görə ki, əsəri oxuyanda məzmun cəhətdən çatışmazlıq və dolğunluğunda natamamlıq hiss etdim. Bununla belə, "hər şeyi inkar edən adamın ölüm tərəfindən inkar edilməsi" maraqlı bir motiv olaraq görülə bilər. Əslinə qalsa isə, Bazarov əgər yatalaqdan ölməsə idi, Bazarov olmazdı, o cəhətdən ki, Anna Sergeyevna ilə olan münasibəti onun bütün düşüncə sistemini bünövrəsindən zədələmişdi. Bazarov, sadəcə, özünün xanım Sergeyevnaya dediyi kimi "Siz sevmək istəyirsiniz, ancaq siz sevə bilməzsiniz" sözlərinin bir az fərqli formada və mahiyyətdə olsa da, özünə də aid olduğunu biləndə, artıq ölmüşdü, cəsədi isə yatalaqdan öldü adı ilə basdırılmışdır. Bəli, elə beləcə.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
244 syf.
10/10 puan verdi
·
21 günde okudu
Spoiler
Maraqla, hər bir cümləsini ehtiyyatla oxuduğum kitablardan biri oldu ki, bu cür həvəslə oxuduğum kitab sayı azdır. Doğrusu nə vaxtsa adını eşitdiyim üçün "yəqin yaxşı olarda" deyib kitabxanadan təsadüfən seçdiyim bir kitab idi və məğzindən xəbərdar deyildim. Əsərə marağımı oyadan ən önəmli personaj Bazarov oldu. Onun nihilist olması mənim üçün gözlənilməz idi və bu xırdaca məqam kitabdan gözləntimi birə beş artırdı. "Turgenev, bura kimi yaxşı gətirmisən, xahiş edirəm axırın zay eləmə" deyirdim istəmsizcə. Sağolsun o da məni məyus etmədi və sonluğu da bəyəndim. Ümumiyyətlə, bir çox məqamı ilə həyəcanlandıran kitab idi. İstər Bazarovun Feniçka ilə gizli münasibəti, istər Pavel Petroviç ilə duelləri, çox şey ürəyin istəyən idi. Əslində bütün bu hadisələrə maraq qatan Bazarovun özü idi. Nihilistlər ilə liberalların qarşıdurması da çox gözəl əks olunmuşdu. Hamının qarşısında aciz olduğu, söz çatdıra bilmədiyi nihilist Bazarov tək bir qüvvənin qarşısında aciz qaldı, onu inkar edə bilmədi: Sevgini. Bir daha sevginin insanın ən gücsüz, ən zəif tərəfi olduğunu xatırlatdı Turgenev. Nihilist olsanız belə.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
244 syf.
·
Puan vermedi
·
8 günde okudu
Rus klassik ədəbiyyatından oxuduğum növbəti əsər İvan Turgenevin "Atalar və oğullar" əsəridir. Ümumiyyətlə, mənə elə gəlir ki, 19-cu əsrdə yazılmış digər rus ədəbiyyat nümunələri kimi, burada da insanlar zəif, xəstə, yaşlı, həyat isə solğun və maraqsızdır. Əsərdə əsas ideya yenicə pöhrələnən, həyata fərqli gözlərlə baxan gənc nəsil və artıq yaşını haqlamış yaşlı nəsil arasında olan münasibətdir. Bu problem əslində günümüzdə də mövcuddur. Bəzən təhsilli uşaq təhsilsiz valideyninə nəyi isə izah etmək istəyəndə və yaxud hər hansısa məsələyə fərqli mövqedən münasibət bildirəndə valideynləri övladlarının onları öz səviyyəsində görmədiyi, onu geridəqalmış hesab etdikləri fikrinə düşüb məyus olurlar. Bəlkə də, belə düşünüən övladlar da var, amma məncə bu belə deyil. Bu münasibət bəzən çox qırıcı olur. Əsərin əsas qəhrəmanı hər şeyi inkar etməyi həyat idealına çevirən Bazarov hər nə qədər çox vaxt əksər məsələlərdə (məsələn, insanların bərabər olmasını arzulamasında, insanları təbəqələrə ayırmamaqda, mövhumatlığı inkar etməkdə) haqlı olsa da, düşünürəm ki, böyüklərə, xüsusən də onu çox sevən, böyüdüb boya-başa çatdıran valideynlərinə qarşı çox amansızdır və sərtdir. Bundan başqa onun inkar etdiyi bəzi mənəvi məsələlərlə də razılaşmıram. Lakin sonda cavan yaşında həyata əbədilik olaraq gözlərini yumması, mübarizəsinin yarımçıq kəsilməsi insana çox təsir edir və kədərləndirir.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
·
Puan vermedi
Babalar ve Oğullar
Roman 1862-c ildə yazılıb .Əsərdəki hadisələr 1859-cu ildən bu yana cərəyan edir .Ədib Bazarov obrazında həmin dövrlərdə yeni meydana çıxan ,inkarçı insanların qəti ,sərt nümayəndəsini təsvir edir .Allaha inanmayan ,insanı sadəcə materiyadan ibarət hesab edən Bazarov hətta məhəbbəti də inkar edir .Özünün Anna Sergeyevnaya olan sevgisini inkar etməyə çalışsa da görünür ki ,duyğularını tam olaraq inkar edə bilmir ,hətta ölüm anında da Annanın yanında olmasını istəyir .Lakin yenə də o dediyindən əl çəkmir ,Annaya olan məhəbbətinin bir forma olduğunu söyləyir ,necə birazdan ölüm onu haqlaylb onun formasını dağıdacaqsa məhəbbəti də belə yox olacaq .Bazarov heç bir müqəddəs anlayış tanımırdı ,hər şeyi inkar edirdi .Ona görə də insanlarla olan münasibətində əxlaq qaydalarına əməl etmirdi . Turgenev bu əsərdə Bazarov simasında nihilizm fəlsəfəsini təsvir edir .Bununla bərabər o əsərdə kənd həyatına toxunmuş ,Marino kəndində ağa-kəndli münasibətlərini təsvir etmişdir .
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
Reklam
244 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Analizi bölək 3 yerə. Beləcə kitabı daha yaxşı anlaya bilərik. 1) Rus klassikləri. Kiçik yaşlarımdan Tolstoyun hekayələrini və qısaldılmış mətnlərini çox oxumuşam. Lakin ilk oxuduğum əsl rus klassiki "Atalar və Oğullar" oldu. Və çox güman ki, oxuyacağım rus klassikləri hələ çox olacaq. Bu kitabların hansı yazı stilində olacağını da
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,2bin okunma
264 syf.
10/10 puan verdi
Öfkeli gençlerin melodramı ; Babalar ve Oğullar
Bana kalırsa yenilik, ancak ve ancak bireyin iç dünyasından başlarsa kendisi için bir şey ifade edebilir. Çünkü kendini toplumun tahakkümünden sıyıramamış insanın yenilik adına söyleyebileceği şeyler ne yazık ki oldukça sınırlıdır.Burda birey kabuğundan çıkmak için onu kırmakla mükellef bir civcive benzer.Herkes kendi kabuğunu kendi kırmalıdır,
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Can Yayınları · 202044,2bin okunma
264 syf.
8/10 puan verdi
·
31 günde okudu
BABALAR VE OĞULLAR - Dikkat spoiler içerebilir!
Ivan Sergeyeviç Turgenyev evet bu yazar diğer Rus yazarlarının yanında sönük kalsa da dünya edebiyatına katkısı yadsınamaz bir gerçek. Kitaptaki Arkadi ve Bazarov karakterleri ile bizdeki olduğu gibi gençlik ve aileleri arasındaki kuşak çatışması işlenmiş. Bu yönüyle evrensel meseleler taşıyor. Belki de herkes kendinden birşeyler bulduğu için popülerlik başlıyor. Bazarov bir nihilisttir. 19.yüzyilda Rusya'da özellikle gençler arasındaki entelektüel bir akımdır Nihilizm. Kitabı bu çerçevede okursanız daha keyif alırsınız. Sayfa sayısı orta denecek bu eser fazla yormadan sizi sona götürüyor. Keyifli okumalar diler, böyle güzel bir mecrayı bizlere sunduğu için 1K ekibine teşekkür ederim.
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202144,2bin okunma
271 syf.
9/10 puan verdi
·
28 saatte okudu
Ya Hiç Doğmasaydık?
YouTube kitap kanalımda Rus edebiyatı kitapları okurken işinize yarayacak bilgiler verdim: ytbe.one/zT0CaAXppUc Madem 23 temmuz doğum günümdü, kendi hediyemi ailem hakkında hislerimi anlatan bir kitap incelemesi yazarak vermek istedim. Nedir ki doğum günü dediğin? 365 gün boyunca 365 defa büyüyüp her gün doğarken bu gelişiminin tek günle
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202144,2bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.