İnsan qəribə məxluqdur. Bizim "atalar"ın burada keçirdikləri lal-kar həyata kənərdan və uzaqdan baxanda , adama elə gəlir ki, daha yaxşı nə ola bilər. Amma yox, adamı qüssə basır. Adamlara qoşulmaq istəyirsən, onları pisləməli olsan da, yenə onlara qoşulmaq istəyirsən.