Kitabda dünya müharibəsi illərində İtaliyanın kiçik kəndlərində insanların yaşam tərzindən bəhsə edilir; bəzisi səfil həyatı sürür , muzdurluqla məşğul olur , bəziləri gündə şənlikdə , bayramlarda olur , kəndin qızları isə ... Əsərin qəhrəmanı yetimxanada böyümüş , beş lirə maaş qarşılığıyla övlad edinmiş balaca oğlan uşağıdı. Xoşbəxtlikdən onun Nuto adlı dostu varıydı... Bir az böyüdükdən sonra buralardan qaçıb Amerikaya üz tutur. Uzun illərdən sonra evinə geri dönərək , uşaqlığını , keçmiş illərini gözündə canlandırır. Tanıdığı insanları , qan bağı olmasa da ona doğma olan insanları görmək istəyir...
" Tonqalın izləri ötən ilədək dururdu " . .
Kitab haqqında fikrimə gəldikdə isə yüngül mütailə üçün yaxşıdı . Əsər qəhrəmanın dilindən yazıldığı üçün təsvirlər bir qədər sadə və bayağı dillə qeyd olunub.
Xoş mütaliələr