Qorki ilə ilk tanışlığım bu dram əsəri ilə oldu. Həqiqətən, 19-cü əsr Rusiyası elə təsvir edilmişdi ki, ürəyim ağrıdı. Səfalət, yoxsulluq bir yandan, insanların qarşısındakılara davranışları bir yandan məyus etdi. Əsərdə obraz çox idi, lakin hərəsinin özünə məxsus xüsusiyyətləri var idi. Bu məqamda Anna Kareninadan bir cümlə yadıma düşdü. "Xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cürə bədbəxtdir. "
Sözün əsl mənasında bu pyesdəki obrazlar hərəsi bir cür bədbəxt idi. Birinin pulu var idi, şəxsiyyətsiz idi, birinin də pulu yox, amma nə olur olsun insanlara yaxşılıq eləmək istəyirdi. Oxumağa ilk başlayanda bəyənmədiyim," əh bunun burda nə yeri var" dediyim obrazlar sonunda böyük dərs verdi mənə. Altından xətt çəkdiyim o qədər cümlələr var ki, indiki dövrlə səsləşir.
Və müəllif 19-cu əsr Rusiyası haqqında təəssürat yaratmağı bacardı.