Ayı bu gün də Mastıya düzəltdiyi dava-dərmandan verdi.
Mastı dərmanları içib qurtardı.
Ayı Mastıya dedi:
- Bunlar öz yerində, amma ən yaxşı dərman gündə üç dəfə xəyal qurmaqdır. Özü də xəyallar parlaq olmalıdır. Eşidirsən? Gündə üç dəfə:
Tezdən biri.
Günorta biri.
Axşam biri.