"Ayı bu gün də Mastıya düzəltdiyi dava-dərmandan verdi.
Mastı dərmanları içib qurtardı.
Ayı Mastıya dedi:
- Bunlar öz yerində, amma ən yaxşı dərman gündə üç dəfə xəyal qurmaqdır. Özü də xəyallar parlaq olmalıdır. Eşidirsən? Gündə üç dəfə:
Tezdən biri.
Günorta biri.
Axşam biri."
Elə "Qış nağılı" seriyasının 2-ci kitabı olan "Ayı nə üçün qış yuxusuna getmədi?" də parlaq xəyallarla dolu bir kitabdır.
Kitabı oxuyarkən həm təsirləndiyim, həm düşündüyüm, həm də ürəkdən güldüyüm o qədər yer var idi ki.
Uşaqlar/yeniyetmələr üçün olmasına baxmayaraq hər kəsin oxuyub sevəcəyi bir kitabdır.
Seriyanın ilk kitabı "Dovşan nə üçün yeni il şənliyinə qatılmadı" kitabıdır.
Üçüncü kitab "Qorxulu meşəyə kim getdi?" üzərində isə iş gedir. Ümid edirəm tezliklə hazır olar və oxucularını çox gözlətməz.