Ayrılan Yollar

İsmail Şıhlı

Sözler ve Alıntılar

Tümünü Gör
"Kitabı oxumaq azdır gərək oxuduqlarını başa düşəsən, həyata tədbiq edəsən ".
Onun fikrincə, insan ömründə bir dəfə evlənməli və axıra qədər o qadınla yaşamalıdır. Qadını, yaxud kişini tez-tez dəyişmək insanı daxilən çürüdür, hətta bəzən məhv edir. Məhz buna görə də evlənərkən çox düşünməli, ilk təəssürata əsir olmamalısan.
Sayfa 203 - Şərq-QərbKitabı okudu
Reklam
Belə atalar həmişə övladlarını sıxır,"mən səni saxlamışam, boğazımdan kəsib sənə vermişəm,mənə borclusan,ona görə də mən nə desəm,o olmalıdı"deyirlər.Övladlarının müstəqil yaşamasının əleyhinə çıxırlar.Çalışırlar ki, uşaqları da onlar kimi düşünsün,onlar kimi hərəkət etsin,onlar kimi yaşasınlar.Bu cür adamlar elə zənn edirdilər ki, həyatı, yaşayışı dünyada onlardan düzgün başa düşən yoxdur,heç kəs onların dediyinin əleyhinə çıxa bilməz.Övlad onun dediyini dinməz-söyləməz yerinə yetirib cavab qaytarmamalıdır.Bu qanun pozulduqda onlar müstəbidləşirlər.Nəsib dayı bu cür adamları bədbəxt hesab edirdi.Çünki onlar öz aləmlərində övlada yaxşılıq edib, qayğısına qalır,onun xoşbəxtliyinə çalışır, əslində isə qaş düzəltmək istəyəndə göz tökürlər.Unudurlar ki,hər quşun öz uçuşu var;ata körpəsini pərvazlandırıb uçurtduqdan sonra onun qanadını bağlaya bilməz.
Sayfa 203 - Şərq-QərbKitabı okudu
Onlar dinməzcə həm ağlayır, həm də gülümsünürdülər. Nə etmək olar? Kədərlə sevinc elə əvvəldən əkiz doğulmamışdırmı?
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.