Yazar:
Amin Oruc
Tahmini Okuma Süresi:
4 sa. 46 dk.
Sayfa Sayısı:
168
Basım Tarihi:
Eylül 2022
Yayınevi:
Simurq Nəşriyyatı
ISBN:
9789952547566
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·168 syf.··
Beğendi
·
2022 90. kitabı
·
13 saatte okudu
·
Okunma: 28 Kasım 2022 21:13
Cəsur olanda düşünməkdən də qorxmursan, xəyal qurmaqdan da, yorulmaqdan da - heç nədən! Çalış heç vaxt qorxma, çünki onda bilməməkdən də qorxursan. Bu isə lap qorxuludu. - Burda nə axtarırsan? Nə üçün bura gəlirsən? Niyə gizlicə gəlirsən? - Gülcə soruşdu. - Gizlincə gəlmirəm, tək gəlirəm, özümə, suallarıma cavab axtarıram, kiçik suallar, böyük suallar, ən çox da böyük suallar, belə başa düşürəm ki, böyük sualların cavabı tək axtarılır. Həm də cəsur olmalısan ki, sualların olsun. *** Bəzən elə bir sualla qarşılaşırsan ki, nə sən əvvəlki sən olursan, nə də sənin həyatın əvvəlki həyat olur. *** Dosta canını verməzdən əvvəl qanadını istə... *** Sən güldürməyi xoşlayırsansa, o da gülməyi xoşlayırsa, sizinki gətirib. Biri danışmağı, biri dinləməyi xoşlayırsa, biri sevməyi, biri sevilməyi xoşlayırsa, biri o tayı, bir bu tayı xoşlayırsa, onlar həyatı dolu, qatbaqat yaşayırlar. Uyuşmazlıq şərtdir. Uyğunluq olmamalıdır. Biri aya, biri çaya baxmasa yaxşıdır. Ancaq bəzən baxsalar belə, fikirlər cisimləri ayrı salmamalıdır. Məni səndən heç nə ayrı salmasın. Məni səndən heç kim ayrı salmasın. *** Uduzmaq geri çəkilməkdən yaxşıdı, ya qazanırsan, ya öyrənirsən. *** Çalış tərəddüddən qaç, "gedim, getməyim?" dediyin yerə getmə, "yeyim, yeməyim?" dediyin şeyi yemə, "qalım, qalmayım?" dediyim yerdə qalma, "deyim, deməyim?" dediyin şeyi demə.
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
#Aminmüəlliməsəyahət #AğıllıparabüzənAzel
9/10
·168 syf.··
Beğendi
·
2023 62. kitabı
Bismillah. Amin OrucAmin Oruc AzelAzel Deməəək Kitabın mövzusu: Kitabın baş qəhrəmanı bir parabüzəndir və əsər onun həyatındakı hadisələrdən çox o hadisələr qarşısındakı hiss və duyğularına yönəlib.Hər səhifədə bir xatirənin qapısını aralayan yazar daha çox Azelin düşüncələri,sevgisi,xəyalları,arzu və istəkləri üzərinə bu xatirələrə can verir. Azel babasının fərqli düşüncələrnin təsiri ilə böyüyüb digər fərdlərindən seçilən bir parabüzəndir.Onun bir xəyalı var: Ucsuz-bucaqsız dənizi keçmək və oradakı dünyanı kəşf etmək... "Heç kimin heç vaxt eləmədiyi şeyləri istəyəndə,bacaranda özün də var olduğunu hiss edirsən və özünə inanırsan."~Azel Bununla yanaşı Azel dostu və sevdiyi qız olan Gülcəyə açılmağa çalışır. Öz düşüncələrim: Kitab mənə görə "oxusan da olar,oxumasan da" kategoriyasına daxildir.Kitab ruhumda iz qoyacaq qədər dərin deyildi,lakin dərin olmasa belə çatdırmaq istədiyi əldətutulan mövzusu var idi.Həddindən artıq axıcı və sadə dili var, bir göz qırpımında kitabı bitirə bilərsiniz. Bəzi mənə mənasız gələn boş söz yığını kimi gördüyüm hissələr də vardır ki,məncə,onlar olmasa da olarmış. Digər iradım kitabın həddindən artıq boş səhifələrinin olması idi.Bildiyin israf ediblər.Çox boş səhifələr və aralar buraxılmışdı.Estetik cəhətdən ,bəlkə də, gözəl ola bilər,ancaq mən bunu kitabı uzun eləmək üçün olan bir cəhd olaraq düşündüm.Bir də bu qədər boş səhifəni görəndə "Mən bu səhifələrə pul vermişəm?!" deyə düşünüb daha çox pis olurdum.
Sıradışı Olmak Cesaret İster!
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
10/10
·168 syf.··
2025 3. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Ocak 2025 22:08
Sadə, qısa, gözəl mesajları olan bir hekayədir Azel. Bir parabüzənin hekayəsi. Hansı ki, əksəriyyətdən fərqlənir və bəziləri tərəfindən qəbul olunmur. Amma bu, onu narahat etmir, dostlarından, babasından və özündən ibarət olan dünyası onun xoşbəxt olması üçün kifayət edir. Azelin başqa bir xüsusiyyəti də marağıdır. Daxilində olan maraq və həmişə cavab axtardığı "niyə?" sualı onu daima öyrənməyə, kəşf etməyə sövq edir. Bununla müəllif hər birimizdə olmalı olan sorğulamaq qabiliyyətini vurğulamaq istəyib, məncə. Ümumilikdə, kitabda bir çox həyati məsələlər çox sadə dildə, asan qəbul edilən şəkildə çatdırılır oxucuya. Bununla da hər kəsin anlaya biləcəyi, özünə dərs çıxara biləcəyi, eləcə də özünü tapa biləcəyi bir kitab ərsəyə gəlib. Şəxsən mənim "altını xəttlədiyim" çoxsaylı cümlələr oldu bu kitabda. Kitabı tərz olaraq "Balaca şəhzadə"yə bənzətdim. Onun kimi həm uşaqlara, həm böyüklərə xitab etməsi, fərdi yanaşmasının olması, gözəl sətiraltı ifadələrinin olması, bununla belə çox anlaşıqlı yazılması kitabı hər kəsə tövsiyə edilə biləcək səviyyəyə qaldırır.
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
Puan vermedi·168 syf.··
2026 19. kitabı
Oruc Amin – “Azel” Müəllifdən artıq üçüncü kitabı oxuyuram. Yazıçı daha çox nağıl tərzinə üstünlük versə də, bu kitablar sadəcə uşaqlar üçün deyil məncə. Mən deyərdim ki, kitabların hər üçündə də böyüklərin də görüb-götürəcəyi, öyrənəcəyi çox şeylər var. Hər üç kitabda da hiss etdiyim ortaq cəhət odur ki, müəllif dostluq, sədaqət və sadiqlik mövzularını çox gözəl qələmə alır. "Azel" kitabında hadisələr həşəratların dilindən danışılsa da, oxuduqca öz həyatından, öz dostlarından nəsə tapırsan. İki parabüzənin - Azel və Gülcənin arasındakı o bağlılıq, bir-birini nəyin bahasına olursa-olsun yarı yolda qoymamaları insana qəribə təsir edir. Düşünürsən ki, insanların edə bilmədiklərini həşəratlar edir. Kitabın bəzi hissələrini "Qağayı Conatan Livinqston" kitabına bənzətdim. Oradakı kimi, burada da ümidini itirməmək, xəyalların ardınca getmək və ətrafın mənfi rəylərinə qulaq asmadan öz yolunla davam etmək fikri irəli sürülmüşdü. Bu kitabı həqiqi dostluğu yaşayan, içində o hissləri layiqincə daşıyan hər kəsə tövsiyə edirəm. Çox axıcı və gülümsəyərək oxuyacağınız bir kitabdır. Yazıçıya bir daha uğurlar arzu edirəm, növbəti kitablarını da mütləq oxuyacam..
1000Kitap
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
Puan vermedi·168 syf.··
2026 14. kitabı
·
2 saatte okudu
·
Okunma: 24 Mayıs 2026 16:13
Müəllifdən oxuduğum ilk kitab idi. Amin bəyin qələmi ilə bu kitab vasitəsi ilə tanış olmağım məni şad etdi. Kitabları müasir dövrlə, düşüncələrimlə sintez etməyi sevir və kitabı sevib-sevməməyimlə əlaqəli qərarımı məhz bu şəkildə verirəm. Azeli, düşüncələrini, onun sevgisini çox sevdim. Oxunmalı olan kitablardan olduğunu düşünürəm.
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
"Azel"
10/10
·168 syf.··
2025 25. kitabı
·
16 saatte okudu
·
Okunma: 14 Nisan 2025 13:37
Dünən hədiyyə aldığım kitabı bitirdim. Necə sevdim,necə bəyəndim Deməli,kitab Azel adlı bir parabüzənin həyatından bəhs edir.Öncə elə bildim kitab ancaq uşaqlar üçün nəzərdə tutulub.Amma oxuduqca kitabın yaşından asılı olmayaraq hər kəsin üçün yazıldığını anladım.Kitabda dostluq,sədaqət,sevgi hissləri öz əksini tapıb. Hekayədə altını çizdiyim o qədər mənalı cümlələr var ki.... Hər kəsə oxumağı tövsiyə edəcəyim bir kitabdır.
1000Kitap
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
7/10
·168 syf.··
Beğendi
·
2023 33. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Aralık 2023 14:17
AzelAzel Amin OrucAmin Oruc Kitabın adı çox fərqli gəlmişdi. İçinin də eyni olacağı düşüncəsilə sərgidən almışdım kitabı. Yanıltmadı:) Ən gözəl anlamları ən fərqli yollarla anladıb müəllif. Zövq alaraq oxuduğum kitablar siyahısına daxil oldu. Tövsiyə edərəmmi? Şiddətlə yox, amma oxusanız, pis olmaz:)
Duygu ve Düşünce
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
Alın, Oxuyun, Oxutdurunn.
Puan vermedi·168 syf.··
2026 9. kitabı
·
10 günde okudu
·
Okunma: 06 Şubat 2026 16:33
Həqiqətən bu qədər bəyənəcəyimi düşünmürdüm.Kitab həqiqətən möhtəşəmdi. Kitabın ən sevdiyim yeri şeirvari olmasıdır.(Şeirləri o qədər də sevməsəmdə)Hər səhifəsində bir alıntı və o alıntıların hər biri o qədər qəşəng idi kii.Azelin Gülcə ilə münasibətindən əlavə babası ilə münasibəti o qədər xoşuma gəlirdi kii.Babasının Azelə verdiyi nəsihətlər,Pərvanənin şeirləri,Azelin Gülcəyə verdiyi tövsiyələr...Hər biri insanı oxumağa cəlb edirdi.Hər kəsin oxumasını tövsiyə edirəm. mütləq oxuyunnn AzelAzel Amin OrucAmin Oruc
Edebiyat
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
9/10
·168 syf.··
Beğendi
·
2024 18. kitabı
Bu hekayə ruhunda qanadları olan hamı üçün yazılıb… Xəyalları olan bir parabüzənin hekayəsidir. Sən xəyal dediyimə baxma, hər kəs xəyal qura bilmir. Digərlərindən fərqlənən, biraz da qəbul edilməyən, öz dünyasında xoşbəxt olan Azelin xatirələridir bu kitab. Bu hekayədə tək deyil Azel, onu sevən babası və dostları ilə birlikdə “Niyə?” lərinin axtarışındadır. Onun da işlərinə, arzularına qarışmaq istəyənlər var. Öz işlərini, öz həyatını, arzularını xoşlamayan parabüzən başqasınınkına qarışır. Uzun-uzun bu kitabdan yazardım amma bu kitabı yeddidən-yetmişə hər kəs oxusun gərək…
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
7/10
Azel "hara", "necə", "niyə", "haçan" suallarını vermir, o, qorxmaz, cəsarətli, sadiq dostdur, eyni zamanda onun saf bir ürəyi var. Sevgiyə və sədaqətə inanır. Azel və Gülcə Bu hekayə ruhunda qanadları olan hamı üçün yazılıb; yaşından, arzularından, xəyallarından asılı olmayaraq... "Gözlə, gələcəm" demək daha çətindir, ya "Gəl sən də mənimlə gedək" söyləmək? Nə qədər güclü sevə bilərsən ki, hündür budağa qonmuş qanadlı bir varlığa "ehtiyatlı ol, yıxılarsan" deyəsən? Babam və Mən "Balaca, bir gün gələcək sən böyük işlər görəcəksən", - babası Azelə tez-tez belə deyərdi. Azel gündə ona yüz dəfə "niyə" sualı verərdi. Günəş niyə təkdir, daş niyə daşdır, quş niyə quşdur, bu dəniz niyə buradadır... "Bilirsən, sən cəsur olanda nəyisə bilmədiyin vaxt da cəsur olursan, etiraf edirsən ki, "bilmirəm"... Ona görə cəsurlar tez-tez, qorxaqlar gec-gec "bilmirəm" sözünü deyirlər".
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma

Yazar Hakkında

Amin OrucYazar · 3 kitap
Amin 1987-ci il iyunun 30-da Zəngilan rayonunda ana­­­dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəl­xalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ix­tisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlasa da, ilk kitabı həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub. Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazır. Hazırda bu seriyadan üç kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”. “Qorxulu me­şəyə kim gedə bilər?”, ”Sarı və Mavi" isə seriyanın növbəti kitabıdır. Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kita­bı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli ki­tab­larından biridir. Yazarın “Panda Pan vǝ Alma ağacı” kitabı isə bağışlamağın, barışmağın ki­­tabıdır.