Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qurani Kərim və Azərbaycan Dilində Mənaca Tərcüməsi

Əlixan Musayev

Qurani Kərim və Azərbaycan Dilində Mənaca Tərcüməsi Sözleri ve Alıntıları

Qurani Kərim və Azərbaycan Dilində Mənaca Tərcüməsi sözleri ve alıntılarını, Qurani Kərim və Azərbaycan Dilində Mənaca Tərcüməsi kitap alıntılarını, Qurani Kərim və Azərbaycan Dilində Mənaca Tərcüməsi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. Ali-İmran/185 •Dünya hayatı ise aldatan lezzetler başka bir şey değildir.
Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Reklam
bitəcək bu savaş
Onlar (Yəhudilər) hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir
Sonuna az qaldı itrail
Sən onların (İsrailoğullarının) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladıqları şey necə də pisdir! 𝐁𝐮𝐧𝐚 𝐠ö𝐫ə 𝐝ə 𝐀𝐥𝐥𝐚𝐡 𝐨𝐧𝐥𝐚𝐫𝐚 𝐪ə𝐳ə𝐛𝐥ə𝐧𝐦𝐢ş𝐝𝐢𝐫 𝐯ə 𝐨𝐧𝐥𝐚𝐫 ə𝐳𝐚𝐛 𝐢ç𝐢𝐧𝐝ə ə𝐛ə𝐝𝐢 𝐪𝐚𝐥𝐚𝐜𝐚𝐪𝐝ı𝐫.
ən-Nəcm
"İnsan can atdığı şeyə nail olar. Əlbəttə,onun can atdığı əməl ona nəsib olacaqdır."
Sayfa 731
Muhəmməd surəsi
"Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar,dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır.Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir.Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi ?"
Sayfa 699
Reklam
Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Əl-Nisa/79
Əl-Bəqərə Surəsi 285.
Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur'ana) inanmış və möminlər də iman gətirmişlər.(Onların) hamısı Allaha,Onun mələklərinə,kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik.Ey Rəbbimiz,bizi bağışla.(Axır)dönüşümüz Sənədir!"
Reklam
Əl-Bəqərə Surəsi 107.
Məgər sən bilmirsən ki,göylərin və yerin mülkü(hökmranlığı,səltənəti)ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!
Əl-Bəqərə Surəsi 255.
Allahdan başqa heç bir tanrı yoxdur.(Diri,zati ilə qaim olan,dünyanı yaradıb idarə edən)əzəli,əbədi varlıq Odur.O nə mürgü,nə də yuxu bilər.Göylərdə və yerdə nə varsa(hamısı)Onundur.Allahın izni olmadan Onun yanında kim şəfaət(bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş)edə bilər?O,bütün yaranmışların keçmişini və gələcəyini(bütün olmuş və olacaq şeyləri)bilir.Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər.Onun kürsüsü(elmi,qüdrət və səltənəti)göyləri və yeri əhatə etmişdir.Bunları mühafizə etmək,Onun üçün heç də çətin deyildir.O,ucadır,böyükdür!
Ən-nisa
•78. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə.
Əl-Bəqərə Surəsi 136.
Ey möminlər,yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq belə deyin: "Biz Allaha,bizə nazil olana Qurana,İbrahimə,İsmailə,İshaqa,Yəquba və onun övladına göndərilənlərə,Musaya və İsaya verilənlərə,Rəbbi tərəfindən bütün peyğəmbərlərə verilənlərə inanmışıq.Onların heç birini digərindən ayırmırıq.Biz ancaq Allaha təslim olanlarıq!"
178 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.