Azərbaycan Mübarizə Yolunda

Mehmet Emin Resulzade

Quotes

See All
XIX əsrin əvvəlində Azərbaycan ədəbiyyatında yeni realizm məktəbi yarandı. Bu məktəbin banisi Mirzə Fətəli Axundzadə idi. Müsəlman şərqinin ilk dramaturqu olan bu yenilikçi şəxs islahatlar dövrünün qaranlıq dövrünə işıq saçan bir günəş idi.
Bolşeviklərə qarşı üsyan zamanı bir çox qəhrəmanlıqlar göstərilmiş,dramatik səhnələr yaşanmışdı.Məktəb müəlliməsi olan Vəsilə xanım Zaqatala üsyanına rəhbərlik edən həyat yoldaşına ruhlandırıcı məktub yazdığına görə güllələnmişdi. Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhrəman qadın güllələnmədən öncə sinəsini geniş açaraq:"Yaşasın Azərbaycan!"-deyə bağırmışdı.
Reklam
Bolşeviklərin xalqa qarşı törətdiyi vəhşilik yüz il əvvəl Çar Rusiyasının məşhur Cavad xanın dövründə Gəncədə törətdiyi qətliamı kölgədə qoyurdu.
Millət inanılmaz əziyyət çəkir, dağlara çəkilən üsyançılar xaricdən heç bir dəstək almadan möhtəşəm şücaət göstərirlər. Gələcəkdə onları daha ağır nəticələr gözləyir. Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər.
Xalqın mərd oğulları Moskva tiranlığının zülmü altında yaşamaqdansa, azadlıq uğrunda ölməyi üstün tuturdular.
Sayfa 91 - Çapar NəşriyyatKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.