Azərbaycan Nağılları (I Cild)

Anonim
“Biri vardı, biri yoxdu...” möcüzəsi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçmiş, dildən-dilə, yaddaşdan-yaddaşa köçə-köçə milyon-milyon insan ömrünü yaşayaraq bugünümüzədək gəlib çatmışdır. Əbədi gözəlliyə qovuşmaq istəyindən doğulan, şirin-şəkər dillərdə yaşaya-yaşaya şirinləşən, yüzilləri adladıqca daha da cilalanan söz-fikir incilərimiz - nağıllar yenə də insanları öz işığına toplayır. Haqqın nahaqq üzərində qələbəsinin aparıcı olduğu bu zəngin el yaradıcılığı nümunələrində qəhrəman hər cür çətinliyə üstün gəlir, öz böyük arzularına çatır. Lakin xoşbəxt həyat asanlıqla qazanılmır. Nağıl qəhrəmanı son dərəcə ağır imtahanlardan çıxmalı olur; sehrkar varlıqlarla, fövqəltəbii güclərlə çarpışır, bu müdhiş qüvvələrin qırılmaz tilsimlərinə qarşı dayanır... Beşcildlik “Azərbaycan nağılları”nın təqdim olunan I cildinin əsasında milli folklorun toplanması, nəşri və araşdırılmasında böyük xidməti olan Hənəfi Zeynallının “Azərbaycan nağılları” toplusu dayanır. Hələ 1936-cı ildə nəşrə hazırlanmış həmin toplama-tərtib işi bu gün də el arasında geniş yayılan nağıllarımızın böyük qismini əhatə edir. Topluda yer alan, milli koloritlə zəngin nağıllar vaxtilə Azərbaycanın dəyişik bölgələrindən yazıya alınmışdır.
Yazar:
Anonim
Anonim
Editör:
Ehliman Ahundov
Ehliman Ahundov
Tahmini Okuma Süresi: 10 sa. 12 dk.Sayfa Sayısı: 360Basım Tarihi: 2005Yayınevi: Şərq-Qərb Nəşriyyatı
ISBN: 9789952418709Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
360 syf.
7/10 puan verdi
Nağıllar olduqca maraqlıdır. Mən ilk dəfə 2010-2013cü illərdə oxunuşdum bu kitabı. Təkrar qarşıma çıxanda göz gəzdirmək uşaqlığımı xatırlatdı. Uşaqlar üçün maraqlı olacağını düşünürəm
Azərbaycan Nağılları (I Cild)
Azərbaycan Nağılları (I Cild)Anonim · Şərq-Qərb Nəşriyyatı · 200566 okunma
Reklam
360 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan nağıllarının 1ci cildini daha əvvəl 2008-ci ildə oxumusdum (kitabı oxuduqdan sonda iç qabığında başladığım və bitirdiyim tarixi hər zaman qeyd edirəm). Bu günlərdə yenidən oğluma oxumaq üçün əlimə alıb gözdən keçirdim. Surətli şəkildə demək olar nağılların əlli faizini oxudum. Amma təəssüf ki içlərindən biri belə uşağa nəql etmək üçün yaramır. Mövzular həmən-həmən hamısında eynidir. Bu cillddə tək sevdiyim və diqqətinizə çatdırmaq isdədiyim bir nüans var. Hansı ki, nağılların hamısında qadın obrazlar çox güclü, yol göstərən, kömək edən, dayaq duran qadın kimi göstərilib. Yəni xarici yarazların nağıllarındakı kimi zəyif, gücsüz, sarayında bağlı qapı arxasında oturub ağ atlı şəhzadəsini göstərən prinsesalar kimi qələmə verilməyib. Bu nağıllarda qadın obrazlar, hətta padşah qızları belə nə atalarından nə divlərdən nə cadugərlərdən qorxmayan, öz seçimini sərbəst edə bilən, sevdiyi halda çoban oğlana belə qoşulub getmək cəsarəti göstərə bilən güclü obrazlar kimi oxucuya çatdırılır. Tək sevdiyim bu nağılları dinləyəcək olan qız uşaqlarının bilinc altına savunmasız, zəyif, kimdənsə asılı olmadıqlarını ötürə bilmələridir.
Azərbaycan Nağılları (I Cild)
Azərbaycan Nağılları (I Cild)Anonim · Şərq-Qərb Nəşriyyatı · 200566 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.