Azərbaycan Sevgi Poeziyası 2.Cild

Hamlet İsahanlı

Sözler ve Alıntılar

Tümünü Gör
Bir bulağın iki gözü— Biri sənsən, biri mən, Bir almanın iki üzü— Biri sənsən, biri mən. Qoşa simin titrəməsi— Biri sənsən, biri mən. Bir pərdənin iki səsi— Biri sənsən, biri mən. Açıq səma, göy qurşağı— Biri sənsən, biri mən. Dan ulduzu, səhər çağı— Biri sənsən, biri mən. Bu həyat da iki rəngdir— Biri sevinc, biri qəm. Sevinc kimdir, kədər kimdir? O həm sənsən, həm də mən. Bu dünyaya biz gələli Həm qəmik, həm də sevinc, Sən məndəsən, mən səndəyəm, Gözəldir qəmdə sevinc.
Mey olsan, yanında bir qədəh ollam, Gül olsan, çətrini öpən şeh ollam. Ot olsan, bir anda dönüb meh ollam, Dağ olsan, zirvənə yağan qaram mən.
Reklam
Özün bir aləmsən, eşqin bir aləm, Sən olan könüldə nə kədər, nə qəm. Sənsiz bu dünyanın ən bədbəxtiyəm, Səninlə dünyada bəxtiyaram mən.
Ocaq sönür, yel əsir, yağış döyür səngəri... Yenə düşür yadıma ömrün ötən günləri. Hanı, hanı deyirəm, o dilimin əzbəri? İlk görüş, son ayrılıq xatırında qalırmı? Görəsən, o gözəl qız məni yada salırmı? Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə... Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə. Görün, bağa-eyvana sərin kölgə düşəndə O qız
Əhməd CəmilKitabı okudu
Deyirlər, dağ çapar insan istəsə, Dünyanın əzəli qanunu budur. Biz ki, istəyirik, Ama nə isə, Dünyada yenə də biz deyən olmur.
Sayfa 209
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.