Bakı 1501

Azize Caferzade

Most Liked Bakı 1501 Posts

You can find Most Liked Bakı 1501 books, most liked Bakı 1501 quotes and quotes, most liked Bakı 1501 authors, most liked Bakı 1501 reviews and reviews on 1000Kitap.
Axı bir təsəvvür eləyin ki, ərəblər bu yazıq camaatın başına nə gətiriblər. Körpə uşaq məktəbə gedir, tələffüz elədiyi birinci söz: "bismillahir rəhmanir rəhim, hüvəl-fəttahü əlim" - ərəbcədi. Yazıq uşaq bundan nə anlasın? Olmaz ki, elə doğmaca - körpə diliylə "böyük olan, rəhman, rəhim Allahın adı ilə başlayıram..." - desin. Bu, Allaha çox xoş gələr. Yaxud, bütöv bir xalq, hətta xalqlar, onların ərəbcə bir kəlmə başa düşməyən kişisi-arvadı, çobanı-çoluğu gündə beş vaxt namaz qılır. Xəlvətdə, öz yaradanı, tanrısı ilə üzbəüz dayanır, dərdini deyir, onun böyüklüyünə inanır: "mənə rahi-müstəqim - düz yol göstər", deyir. Olmaz ki, ərəb dilinin qol-qanadını sındırmayıb "Qul hü vallahü əhəd", de ki, o, "Allah birdir" sözlərini öz doğmaca dilində desin. Vallahi ki böyük Allaha bu xoş gələr. Namaz qılan da sözləri tutuquşu kimi deyil, anlayaraq, dərk edərək dəyər.
Sayfa 322Kitabı okudu
“ Qadın qəlbi! Falçımıdır? Rəhmdarmıdır? Nədir, ilahi? Amma nə üçünsə mənə elə gəlir ki, bu son görüşümüzdür. Bu vidanın vüsalı olmayacaq. Mən səndən ayrıla bilmirəm, qollarından ayrılıb getmək istəyirəm. Sadaq olub oxlarını dərunuma almaq, çiynindən asılıb səninlə getmək istəyirəm. Səni bu kandardan kənara buraxmaq istəmirəm. Heç vaxt belə olmamışdım. Heç vaxt dalınca ağlamamışdım. Amma indi göz yaşlarımı güclə saxlayıram. Mənə nə olub? Neyçün beləyəm, əzizim, taleyim mənim?! “
Xan nəşriyyatıKitabı okudu
Reklam
“ Bəzən bir qoşundan, cana doymuş dəli bir dəstə qorxulu olur. “
“ Xırdaca ləpələrinə sanki çırtım-çırtım qan çilənmiş Xəzər elə gözəl idi ki… “
Xan nəşriyyatıKitabı okudu
“ Şəhidə qüsl verilməz. Qoy çimsinlər. Qoy təmizlənsinlər yolların, susuz səhraların tozundan. Qoy dincəlsinlər. “
Xan nəşriyyatıKitabı okudu
“ Ana duası ilə ata nifri kəsərsiz olar. Qoy, övlad üstündə ata nifrini əskik, ana duası daimi olsun! Elə mənim də! “
Xan nəşriyyatıKitabı okudu
Reklam
68 öğeden 71 ile 68 arasındakiler gösteriliyor.