Bakı və Bakılılar

Qılman İlkin

Sözler ve Alıntılar

Tümünü Gör
Türk qoşunlarının Bakıda qısa müddət qalmalarına baxmayaraq bakılılar bazi sözləri türklər kimi tələffüz etməyə alışmışdılar. Belə bir təbir o zamandan indiyədək davam edib gəlmişdir. Məsələn, türklər "verdim" sözünü həmişə "vərdim" kimi tələffüz etdikləri kimi bakılılar da bəzən indiyədək "verdim" sözünü "vərdim" kimi tələffüz edirlər. "Verdim" sözünün bu cür tələffüz edilməsinə Azərbaycanın heç bir rayonunda təsadüf edilmir... ... Yuxarıda dediyimiz kimi bakılıların danışığına farsların daha böyük təsiri olmuşdur. Bir qayda olaraq, bakılılar O səsini farslar kimi U kimi tələffüz edirlər. Məsələn: "Onun üçün" əvəzinə "unun üçün", "Onun yanına getdim" əvəzinə "unun yanına getdim" kimi deyərək O səsini U səsi ilə əvəz edirlər... ... Bakılılar bazi sözlərdə A səsini O kimi tələffüz edirlər. Xüsusilə Abşeronun cənub kəndlərində bu daha çox inkişaf tapıb. Məsələn, bacı əvəzinə boci, daban əvəzinə doban, baş əvəzinə boş deyirlər. Eyni şeyi Ə səsi ilə E səsinin də dolaşıq salınmasında görürük. Məsələn, "geriyə döndüm" əvəzinə "gəriyə döndüm", "gen pencək" əvəzinə "gən pəncək", "belə-belə işlər" avazinə "bələ-bələ işlər" deyirlər.
Sayfa 336Kitabı okudu
Erməni fitnəkarlığı tariximizin bütün dövrlərində mövcud olmuşdur.
Sayfa 300Kitabı okudu
Reklam
Bakı və Xəzri. Şəhərin yaranışından bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.
Sayfa 3 - Xəzri-Bakı və Abşeron y/adasının yerli küləklərindən biridir.Kitabı okudu
1877-ci ildə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu. Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda "Əkinçi"yə müharibə barədə bir sətir də çap etməyə icazə verilmədi. Hətta müharibənin başlanmasını da bildirmək ona qadağan olunmuşdu. Qəzetin üzərində senzor daha da güclənmişdi. Həsən bəy bu barədə belə yazırdı:"Deyil ki müharibənin gedişi, hətta müharibə zamanı Rusiya içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı, Moskvada soyuqdan sərçələrin donub ölməsini də qəzetə yazmağa müsaidə etməmişdilər. Senzorun fikrincə bunu mesəlmanlat "ruslara Allahın qəzəbi keçmişdir" deyə izah edərlər".
Sayfa 200Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.