Yorumlar ve İncelemeler

Tümünü Gör
·
Puan vermedi
“Bakı 1501” Əzizə Cəfərzadənin 1980-ci illərdə 40.000 tirajla satılmış olan ən məhşur romanıdır. İlk öncə onu deyim ki romanın dili o qədər axıcı və sadədir ki, həm tez bir zamanda bitirmək olur,həm də hər bir obrazla doğmalaşmaq. Kitabda XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin qüdrətlənməsindən, həmin dövrdə baş verən dini çəkişmələrdən,qızılbaşların Bakıya və Şamaxıya hücumlarından, Şah İsmayılın bir padşah,sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir. Tariximizin bu dövrü mənim üçün çox maraqlı olub. Necə olur ki, Xətai kimi poeziyaya,şeirə sənətə qiymət verən bir insan sırf təriqət uğrunda öz millətinin qanına girir, minlərlə günahsız insanın ölümünə fərman çəkir. Dövlət və dövlətçilik uğrundaki mübarizəsi nə qədər təqdirə layiqdirsə,təriqəti üçün öz soydaşlarına qıyması da bir o qədər dəhşətdir. Düşünürəm ki, o da həmin dövrdə cahilliyin bir növ təsiri altında olmuş, gənc yaşında ətrafındaki insanların təsiri altına düşmüş olar.Çünki əsər boyu Xətainin şair ruhu ilə sərkərdə qüdrəti daima təzad təşkil edir, özü də öz etdiyinin doğruluğunu sorğulayır. O,həm öz xalqı ilə, həm düşmən ölkələrlə,həm də özü-özü ilə savaşır. Əgər tarixi faktları tarixdən deyil də mənim ki tarixi romanlardan oxumağı sevirsinizsə mütləq bu kitaba üz tutun,peşman olmazsınız
Bakı 1501
Bakı 1501Əzizə Cəfərzadə · Kitab Klubu · 201571 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.