Kitab övladı imtahana hazırlaşan valideyinlər üçün yazılsa da, tək onlarla sərhədləmək düzgün olmaz. Müəllimlərin valideyinləri və müəllifin müşahidələrinə əsasən yazıldığı üçün reallıqlara dayanır. Tək şagirdlər üçün deyil, elə tələbələr, məzunlar üçün də işlədilən tabulaşmış cümlələrin təsirini, onların və əksinin qoyduğu izləri aydın bir dillə ifadə edir, sanki səninlə birgə söhbət edir- təsirini yaradır.
Son olaraqsa, imtahan dönəmlərində oxumadığıma, tanımadığıma görə peşmanlığımı da qeyd edirəm. Bəzən xarici təsirlərdən daha çox, insanın özünün özünə təsiri böyük olur. Bunun qarşısını almaq üçün də iç ana-atanı müəyyən qədər ətrafdakı yanlış səslərdən təmizləmək lazımdır.
Nəticə etibarilə "universitetə qəbul olmasan, get, özünü öldür" deyən valideyinlərin təsiri ilə cəmiyyət inkişafa gedə bilməz, həmçinin bu qayğı ilə nəsə etməyə çalışan gənclərin çox hissəsi ilə də...