Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Başka Bir Mutluluk Fikri

Marc Levy

Başka Bir Mutluluk Fikri Yorumları ve İncelemeleri

Başka Bir Mutluluk Fikri yorumları ve incelemelerini, Başka Bir Mutluluk Fikri kitabı hakkındaki okur görüşlerini , Başka Bir Mutluluk Fikri puanlarını 1000Kitap'ta bulabilirsiniz.
404 syf.
·
Puan vermedi
·
8 günde okudu
Axıcı bir roman idi. Bir yerdə məni təəccübləndirməyi bacardı. Müəyyən səbəblərdən həbsə düşmüş biri və 30 illik cəzanın bitməyinə 5 il qalmış ordan qaçır. Və hər şeyi planladığından hadisələr sürətlə baş verir. Həbsə düşmə səbəbi isə irqçiliyə, qanunsuzluğa və s. hallara qarşı mübarizə idi. Daim aksiyalarda fəal iştirak edirdilər. Bəlkə film kimi izləyərkən daha maraqlı gələ bilərdi.
Başqa Bir XoşbƏxtlik
Başqa Bir XoşbƏxtlikMarc Levy · Qanun Nəşriyyatı · 2015507 okunma
404 syf.
·
Puan vermedi
·
Beğendi
Səhər tezdən evdən çıxan Aqata üfüq boyunca uzanan mənzərəyə seyr etməyə başladı. O, nəm torpağın ətri ilə qarışan şam ağaclarının qoxusunu digərlərinə çəkdi. Aqata hər zaman arzuladığı başqa bir xoşbəxtliyin artıq həyatının onun üçün açdığı bu yeni səhifədə olduğunu anladı. O, hər zaman məhz bu xoşbəxtliyin arzusu ilə yaşamışdı. Elə həmin səhər, qayıdarkən yolda Raula da baş çəkmiş Milli nəhayət ki, Filadelfiyaya çatdı. O, ilk öncə evinə deyil, "Kambar Kampus Center" kafesinə doğru yol aldı.
Başqa Bir XoşbƏxtlik
Başqa Bir XoşbƏxtlikMarc Levy · Qanun Nəşriyyatı · 2015507 okunma
Reklam
404 syf.
·
Puan vermedi
ABŞ ştatında keçən 5 günlük yol.. 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə? (Təbii ki deməyəcəm) Yolda Milli adlı qadının maşınına əyləşir və ona dediyi yerə getməsi üçün əmr edir. Yol boyu bu iki qadın yaxından tanış olur və bir-biriləri ilə sirlərini bölüşürlər.. Səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir.. Bu iki xanım ayrılarkən isə Milli görüşlərinin heç də təsadüf olmadığını öyrənir..
Başqa Bir XoşbƏxtlik
Başqa Bir XoşbƏxtlikMarc Levy · Qanun Nəşriyyatı · 2015507 okunma
404 syf.
·
Puan vermedi
·
Beğendi
Başqa bir xoşbəxtlik 1günə bitire biləcəyiniz kitabdır
Bir qadın bacısını qorumaq üçün özünü buqədərmi fəda edər!Bir insan özündən bu qədərmi vaz keçər.Hamıyla üzləşmək qızıyla vaxt keçirmək üçün təhlükəli yola çıxmaq axtarıldıgını bildiyo halda.Risk edib həbsdən qaçmaq.hadisə Axıcı maraqlı olmaqla yanaşı həmdə insanlar çatdırılmaq istəyən mesajlarla zəngin bir kitab Marc Levidən oxudugim ilk kitab idi və deyəsən yenə oxuuacam
Başqa Bir XoşbƏxtlik
Başqa Bir XoşbƏxtlikMarc Levy · Qanun Nəşriyyatı · 2015507 okunma
404 syf.
8/10 puan verdi
·
Beğendi
Mark Levi ilə ilk tanışlığım
Başqa Bir XoşbƏxtlik
Başqa Bir XoşbƏxtlik
Bu kitab köhnə Amerikan filmlərini mənə xatırlatdı. Niyəsə oxuduqca sanki TVdə kinoya baxıram kimi hisslər keçirirdim. Aqata adlı qadın cəzasının bitməsinə 5 il qalmış həbsdən qaçır. Yolda qarşılaşdığı Milli adlı qadın ilə 5 günlük yol macerası yaşayır. Amma bu yol onları bir birinə yaxın və doğma edir. Bir az dedektiv tərzində kitab idi. Amma bu qarşılaşma əslində təsadüf deyil. Bu obrazlar arasında olan əlaqənin tədricən açılması kitabın marağının artmasına səbəb olur. Kitabda adı çəkilən hər bir obraza diqqət yetirmək lazımdır. Onlar o qədər şirin və doğma idilərki. Kitabda bir az Amerika siyasətinə, qaradərililərə qarşı olan ədalətsizliklərə (məsələn Soledad qardaşları) və hakim orqanların özbaşınalığına da yer verilmişdir. Bundan başqa azadlıq üçün mübarizə aparan gənclərin həyatlarından, başlarına gələnlərdən də bəhs edir. Mark Levinin oxuduğum ilk kitabı idi və çox sevdim.
Marc Levy
Marc Levy
Başqa Bir XoşbƏxtlik
Başqa Bir XoşbƏxtlikMarc Levy · Qanun Nəşriyyatı · 2015507 okunma
27 öğeden 21 ile 27 arasındakiler gösteriliyor.