Joe Navarro kitabın qapaq səhifəsində də qeyd etdiyi kimi FBİ üzvü olub. Bu kitabda oxuduqlarım ,mənə görə, müəyyən qədər insanları anlamağı və onların söz və davranışlarını analiz etməyi bacaran birisi üçün yeni bir şeylər deyil,300 səhifəlik kitabdan 3 səhifə yeni və diqqətə almalı olacağım bir şey qazandım sadəcə. Üstəlik,FBi haqqında olan fikir və məlumatlarıma əsaslansam ,onda bu kitabı oxuyan (qeyd etdiyim kimi insanları "oxumağı" bacaran biri üçün bədən dilinə və ya yazarın dili ilə desək, sözel olmayan davranışlarına əsasən) biri FBİ-ın gördüyü işləri bəsit bular,çünki kitabın bəhs etdiyi bütün davranışlar seri killerlərin və ya professional yalançıların, cinayətkarların gözündə də asan anlaşılacaq bir şeylərdir. FBİ da sıradan polis bölmələri deyil ki,sıradan cinayətlərlə və yalançılarla bu qədər əlləşsin,mənim fikrimcə.