Beşmərtəbəli Evin Altıncı Mərtəbəsi

Anar Rzayev

Sözler ve Alıntılar

Tümünü Gör
- Zaurik , gör bir nə qədər sadədir və gözəldir : " Küçələrə su səpmişəm , yar gələndə toz olmasın " gör necə sevərlərmiş bir vaxtlar , Zaurik , indi gör necə sevirlər . Məsələn , sən mən keçən küçələrə heç su səpərsənmi , toz olmasın deyə ? Zaur : Bakıda mümkün deyil bu , - deyirdi , - küçənin bir başına su səpənəcən xəzri o biri başını yenə toza qərq eləyəcək . – Eh , ruhun yoxdur sənin .
Klassik ad günü )
Uşaqlıq illərindən bəri həmişə bu gün - Zaurun ad günü onu darıxdırardı , axı , bu gün onunçün tamamilə yad və yabançı olan qohumlar toplaşar , bayağı söhbətlər edər , duzsuz sağlıqlar deyərdilər , sentyabr ayı olduğu üçün hələ isti olardı . Hamının pal - paltarı islanıb bədəninə yapışardı , otaqlarından tər iyi gələrdi və Zaur səbirsizliklə məclisin qurtarmasını , qonaqların dağılışmasını gözlərdi .
Reklam
Aşiq olan insan eqoistləşir , ona elə gəlir ki , keçirdiyi xoşbəxtlik , səadət dəmləri başqalarına da yoluxa bilər . Halbuki başqasının sevinci insanı çox nadir hallarda eyni dərəcədə sevindirə bilər , əksərən , hər bir insan başqasının sevincinə biganə qalır , bəzən hətta , qıs qanır , ya həsəd çəkir bu özgə sevincinə .
Bəlkə axtardıqlarını məndə tapa bilmədin. Amma məndə tapdıqlarını ömrün boyunca başqalarında axtaracaqsan...
Bir dəfə Zaur içmişdi, dedi ki,sən kipriklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.