Bir Aradayız, Hepsi Bu

Anna Gavalda

Bir Aradayız, Hepsi Bu Quotes

You can find Bir Aradayız, Hepsi Bu quotes, Bir Aradayız, Hepsi Bu book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
...əlbəttə ki, həftənin günlərini ayırd edirdi - bu həyatda ona başqa nə qalırdı ki? Günləri saymaq, bir günün digərini əvəz etməsini gözləmək və keçən günü dərhal unutmaq.
Sayfa 8 - Qanun NəşriyyatıKitabı okudu
O, sürəti sevirdi. Həqiqətən, sevirdi. Dünyada hər şeydən çox. Hətta qızlardan da çox. Sürətlə getdiyi anlar onun həyatının ən xoşbəxt anları idi - rahatlıq, dinclik və azadlıq dəqiqələri...
Sayfa 263 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Matilda <3
O, bizim balaca planetimizlə qorxusuz va şübhəsiz addımlayırdı, dünyada hər şeylə maraqlanırdı, ən xırda bir şeyə belə heyrətlənməyi bacarırdı, hər şey onu əyləndirirdi, hiddətləndiyi hallar olurdusa da, onu da aram-aram, incə-incə edirdi, söhbət zamanı əli ilə astaca həmsöhbətinin əlinə toxunurdu, səsini heç vaxt yüksəltmirdi, dörd və ya beş dilə mükəmməl sahib idi və yüksək bacarıqla insanı tərk-silah edə biləcək təbəssüm altında gizlənməyi bacarırdı.
Sayfa 438 - Qanun NəşriyyatıKitabı okudu
Danışmaq istəmirdi. İçində daş-kəsək, küçədə bərk soyuq idi.
Sayfa 92 - Qanun NəşriyyatıKitabı okudu
İnsanlar arasında addımlayaraq, böyük bir yol keçdiyini düşünürdü.
Sayfa 183 - Qanun NəşriyyatıKitabı okudu
"Nədən sənə inana bilmirəm? Nədən sənə əzab verirəm? Nədən qəlbimə polad geyim geyindirib çiyin qayışı taxmışam? Hansı cəhənnəmə fikirlərimi axmaq xırdalıqlarda cəmləyirəm? Lənətə gələsən, bir çarə qıl! Çamadanın içində axtar, çox güman ki, oradan zirehi deşib oyuq açmağa bir alət tapacaqsan ki, mən nəfəs ala bilim..."
Sayfa 516 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
59 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.