En Eski Bir Cavanın Dəftəri kitaplarını, en eski Bir Cavanın Dəftəri sözleri ve alıntılarını, en eski Bir Cavanın Dəftəri yazarlarını, en eski Bir Cavanın Dəftəri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Erməni kitabxanasına tez-tez kitab almağa gedirəm. Erməni məsələsinə dair nə qədər kitablar yazmışlar. Hamısı da kin və ədavət saçır. Gənclər bu kitabları oxuyaraq yollarından sapırlar.
Erməni ilə müsəlman əlaqəsi getdikcə xarablaşır. Bizə qarşə düşmənçilik artır. Özləri də bərk hazırlaşır: bol tüfəng, tapança və patron alırlar. Daşnaq fədailərinin əlindən şəhərdə yer yoxdur. Bunların hamısı kəndlərdən gətirmə adamlardır.
Bilxassə, qadına qarşı olan zülmün həddi-hüdüdü yox idi. Qadın çarşabda, qadın tərbiyə və təhsildən məhrum, qadını görmədiyi adama ərə verirlər, qadını götürüb qaçırlar... Qadına qarşı nə zorbalıqlar yapılmışdı. “Qızın oldu, qara donunu gey” məsəli səbəbsiz olaraq meydana çıxmamışdı.
Yenə qara buludlar könlümü bürümüş, yenə həyat acılığı damağıma çökmüş. Dərdlərimə şərik axtarıram. Dəftərim, sevgili dostum səhifələrini məndən əsirgəmir. Yazıram. Qələmimin ucundan göz yaşları damır. Ürəyim sızıltılarını kağıza tərk etmək istəyir. Yazığam, bəxtiqarayam. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim qaranlıq. İşıq əsəri görünmür, gənclik də dayanmır, gedir. Məndən uzaqlaşır. Dayandırmaq istəyirəm, dayanmır, ah-zar eləyirəm, nalələrim cavabsız qalır.