Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xan Xatirə Ədəbiyyatı 4. Kitab

Bir Cavanın Dəftəri

Yusuf Vezir Çemenzeminli

Bir Cavanın Dəftəri Gönderileri

Bir Cavanın Dəftəri kitaplarını, Bir Cavanın Dəftəri sözleri ve alıntılarını, Bir Cavanın Dəftəri yazarlarını, Bir Cavanın Dəftəri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Tənhalıq. Hər yerdə mənim üçün tənhalıq. Ürəyim tənha, çəkdiklərim tənha! Qaçmaq, qaçmaq lazımdır. Məni anlayanları aramalı, dostlar tapmalı...
Sayfa 64 - Xan Nəşriyyatı
Özgələrin şeirləri dərdlərimə tərcüman ola bilməzsə, öz şeirlərimlə halımı bəyan etməyə çalışaram. Amma şeirlərimi bir kəsə oxumaram. Çünki onlar hisslərimin vasitəsidirlər.
Sayfa 40 - Xan Nəşriyyatı
Reklam
Dünyada insan bir dəfə yaşayır, gənclik müvəqqəti bir hədiyyədir – bunları dərk edirəm, lakin istifadə edə bilmədiyimdən yanıb bitirəm. Yaşayışımız bir yaşayışmı? Çıxacaq lazım – bunu da bilirəm, ancaq yolu itirmişəm...
Sayfa 38 - Xan Nəşriyyatı
Eyni məsələ, həyat məsələsi həmişə məni düşündürür. Şüur nə böyük əzabdır!
Sayfa 38 - Xan Nəşriyyatı
Yenə qara buludlar könlümü bürümüş, yenə həyat acılığı damağıma çökmüş. Dərdlərimə şərik axtarıram. Dəftərim, sevgili dostum səhifələrini məndən əsirgəmir. Yazıram. Qələmimin ucundan göz yaşları damır. Ürəyim sızıltılarını kağıza tərk etmək istəyir. Yazığam, bəxtiqarayam. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim qaranlıq. İşıq əsəri görünmür, gənclik də dayanmır, gedir. Məndən uzaqlaşır. Dayandırmaq istəyirəm, dayanmır, ah-zar eləyirəm, nalələrim cavabsız qalır.
Sayfa 34 - Xan Nəşriyyatı
Mən də ki, bəlli: kitab yolunda hər şeydən keçərəm.
Sayfa 33 - Xan Nəşriyyatı
Reklam
"Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun!"
Sayfa 26 - Xan Nəşriyyatı
Garip))) Bu kitaba (xan xatirə ədəbiyyatı)Yusif Vəzirin "Həyatımın 20 ili" adlı günlük toplusu da daxildir. Belə bir möhtəşəmlik🌠
Bir Cavanın Dəftəri
Bir Cavanın Dəftəri
Bilxassə, qadına qarşı olan zülmün həddi-hüdüdü yox idi. Qadın çarşabda, qadın tərbiyə və təhsildən məhrum, qadını görmədiyi adama ərə verirlər, qadını götürüb qaçırlar... Qadına qarşı nə zorbalıqlar yapılmışdı. “Qızın oldu, qara donunu gey” məsəli səbəbsiz olaraq meydana çıxmamışdı.
Erməni ilə müsəlman əlaqəsi getdikcə xarablaşır. Bizə qarşə düşmənçilik artır. Özləri də bərk hazırlaşır: bol tüfəng, tapança və patron alırlar. Daşnaq fədailərinin əlindən şəhərdə yer yoxdur. Bunların hamısı kəndlərdən gətirmə adamlardır.
33 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.