Atam biraz daha mənə yaxınlaşmışdı.
"Heç kim o gözəl gözlərindən axan yaşa dəyməz.” – demişdi. “Bəzən düşündüklərimizin tam tərsi olduğunu görürük. Çünki, həyatın ən sevdiyi oyunundan biridir: istəklərimizi, xəyallarımızı və arzularımızı darmadağın etmək.”
Üzündəki o qayğıkeş ifadə ilə mənə baxmışdı. “Həyatda hər şey istədiyimiz kimi olmur, qızım. Buna öyrəşmək lazımdır.”