Bir Cüt Qanad

Murad Cəfərov

Öne Çıkan Bir Cüt Qanad Gönderileri

Öne Çıkan Bir Cüt Qanad kitaplarını, öne çıkan Bir Cüt Qanad sözleri ve alıntılarını, öne çıkan Bir Cüt Qanad yazarlarını, öne çıkan Bir Cüt Qanad yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
2022 Cinciva Oxu Marafonu !
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
İnci Zadə
İnci Zadə
,
Tinuviel
Tinuviel
, @Ayan2003'ün düzenlediği 2022 Cinciva Okuma Maratonu'na da katılıyorum. :) 📌Listem: 🔹️ Ocak: "Soğuk Eller, Sıcak Kalpler" ~ Yeni Yıl, kış, kar auralı romanlar:
275 syf.
8/10 puan verdi
·
10 günde okudu
Fantastika/mistika
Kitabı "2022 Cinciva Oxu Marafonu"nda (#150936137) mövzuya uyğun olaraq, may ayında (mistika aləminə səyahət) oxumaq üçün seçmişdim. Kitabın qısa məzmunu;
Bir Cüt Qanad
Bir Cüt Qanad
Adından da göründüyü kimi, məsələ elə bir cüt qanadın üzərində qurulur. Uriel (Baş mələk), yüz illərdir cəhənnəmdə əzab çəkən bir günahkara - Emmanuelə yaxınlaşır və ona verəcəyi tapşırığı yerinə yetirməsini və əgər yerinə yetirsə, onu bir cüt qanad sahibi edib, cəhənnəmdən xilas edəcəyini vəd edir. Baş qəhrəmanımız, Clara atasının faciəvi ölümündən sonra heç nə xatırlamır və özü belə bilmədən dəlixanaya aparılır. Kitabın əsas obrazlarını (Clara, Emmanuel) çox, çox sevdim, ən əsası gülməli dialoqlarını. Yazıçının geniş xəyal dünyası var, hadisələrin baş vermə ardıcıllığı, gedişatı əladır. Əsas obrazların davranışları kitabı sevməmin əsas səbəbidir. :') Amma kitabda iki əskik hiss etdim: 1. Məncə, kitabda cümlələrin ifadə edilmə tərzi zəif idi. Bədii təsvir vasitələrindən bir az da, istifadə edilsəydi, cümlənin/fikirlərin təsirediciliyi artardı. 2. Kitabın sonunu heç belə sadə gözləmirdim. Kitab elə bir yerdə bitti ki, sanki hər şey yarıda qalmış kimi hiss etdim. Sadə bir sonluqla bitti kitab. :))) Əsəri sevdim amma, bu əskiklər olmasaydı tam puan verərdim. Sadəcə, hadisələrin danışılma tərzinin bir az zəif qaldığını düşünürəm. Bundan əlavə, əgər fantastika/mistikanı sevirsinizsə, macəralı bir şeylər oxumaq istəyirsinizsə, yaxşı seçim ola bilər. Sağ olun, kitabla qalın !
Bir Cüt Qanad
Bir Cüt QanadMurad Cəfərov · Pergament Nəşriyyat · 201754 okunma
Reklam
Hər gün belə deyilikmi?
"Hər kəs xoşbəxt görünürdü. İçlərində nə fırtınalar qopduğunu üzə vurmasalar belə, dünyada onlardan xoşbəxt biri yoxmuş kimi davranırdılar..."
Sayfa 60 - Pergament nəşriyyatıKitabı okudu
Atam biraz daha mənə yaxınlaşmışdı. "Heç kim o gözəl gözlərindən axan yaşa dəyməz.” – demişdi. “Bəzən düşündüklərimizin tam tərsi olduğunu görürük. Çünki, həyatın ən sevdiyi oyunundan biridir: istəklərimizi, xəyallarımızı və arzularımızı darmadağın etmək.” Üzündəki o qayğıkeş ifadə ilə mənə baxmışdı. “Həyatda hər şey istədiyimiz kimi olmur, qızım. Buna öyrəşmək lazımdır.”
Sayfa 97 - Pergament nəşriyyatıKitabı okudu
Bir dəfə atama, “başqa iş, ya da həll ediləsi bir məsələ yoxmuş kimi, həmişə mənə qulaq asıb kömək edirsən. Sanki dünyanın yeganə dərdi bu imiş kimi.” – demişdim. Hər zamankı kimi alnımdan öpüb “ bəlkə də mənim dünyam sənsən.” demişdi.
Sayfa 97 - Pergament nəşriyyatıKitabı okudu
"Amma kim ən yaxın sandığı birini, sözün əsl mənasında, tanıyırdı ki?"
Sayfa 224 - Pergament nəşriyyatıKitabı okudu
Reklam
36 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.