• Mövzu : Kitab özündə 3 fərqli həyat hekayəsini birləşdirir.Bir delinin not defteri, Burun ,Palto .
Bir delinin not defteri - həyata tutunmağa çalışan bir şizofren insanın həyatını, Burun- varlı məmurun bir sabah oyandığında burnunun yerində olmadığını görməsi və onu tapmaq üçün etdiyi cəhdlər zamanı başına gələnləri, Palto - iş yerində daima işçilərin təhqirinə məruz qalan ,onların diqqətindən kənar qalan, lakin bir gün özünə yeni bir palto tikməsi ilə işçilərin diqqətini özünə çəkən bir məmurun həyat hekayəsini özündə əks etdirir ..
_____________________________________
• Kitabı oxuma olan marağım Dostoyevskinin "Hamımız Gogol'n paltosundan çıxdıq " məşhur deyimi ilə bağlıdır. Yazıçı Gogol bu hekayələrində nə qədər ironiyaya yer versə də ,doğruları oxucuya çox gözəl şəkildə çatdıra bilmişdir.Əvvəlində güldürüb,sonunda insanı üzən hekayələr ,həm də insana çox gözəl mesajlar da ötürür.. Düşünürəm ki böyük yazar olmaq belə birşeydir, kitabın səhifə sayı az olsa belə (125) oxucuda çox gözəl və dərin izlər qoyur..
Ne zaman qış aylarında paltosuna bərk sarılmış birini görsəm ağlıma oxumuş olduğum hekayənin baş qəhrəmanı olan Akaki Akakiyeviç gələcək..