Bir Gəncin Manifesti

Mir Celal
"Bir gəncin manifesti" əsəri Mir Cəlalın yaradıcılığının kulminasiyası, zirvəsidir!  Roman həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir. "Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır. Əsərin qəhrəmanı qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən gənc Mərdandır. Ədib baş qəhrəmanını Mərdanın sarsılmaz anası Sona, ağıllı Bahar, igid Yaqub, dünyagörmüş Mövlam kişi, xeyirxah usta Rəhim və başqa bu kimi parlaq surətlərlə əhatə etmişdir. Burada xarakterlərin son dərəcə aydınlığı "Bir gəncin manifesti" romanının bədii dəyərini artıran ən əsas amillərdən biri kimi xüsusi qeyd edilməlidir. Romandakı xarakterlərin demək olar ki, hər biri fərdi xüsusiyyətlərə malikdir. İstər zəhmətkeş xalqı, istərsə də hakim təbəqəni təmsil edən adamların sinfi təbiəti əsərdə çox aydın və təsirli şəkildə, fərdi xüsusiyyətlərlə canlandırılmışdır.
Yazar:
Mir Celal
Mir Celal
Tahmini Okuma Süresi: 7 sa. 29 dk.Sayfa Sayısı: 264Basım Tarihi: 2019İlk Yayın Tarihi: 1938Yayınevi: Bakı Kitab KlubuOrijinal Adı: Bir gəncin manifesti
ISBN: 9789952824575Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
·
Puan vermedi
Kitabın əvvəli maraqlı gəlsə də sonlara doğru elədə maraqlı gəlmədi mənə, ən son 40səhifəsini isə kitabı yarım buraxmayım deyə oxudum.. Yenədə cahillik, elmsizlik! Kitabda elmli adam kimi göstərilənlər nə qədər elə idi görəsən? -_- ..elə olsalar kitab daha başqa formada bitə bilərdi. Baharın acı taleyi.. Qardaşının verdiyi dəyər Bahara yetə bilməzdi, yetmirdi. Hərçənd balaca bir ümid balaca bir sevgi onu dünyanın ən xoşbəxti edərdi.. Kitabda Sovet hökümətinə qarşı olan sevgi isə insanı ayrı qıcıq edir..
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
Reklam
264 syf.
8/10 puan verdi
·
Beğendi
Yetim Bahar`ın manifestosu bu... Küçük yaşından yetim kalan, ihtiyaç yüzünden bir kasaba annesi tarafından köle olarak satılan Bahar`ın dönemin şartlarına bazen boyun eğiş bazen mucadelesine şahid olacaksınız.. Daha gelişmemiş bedeni ile en zor şartlarda çalıştırılır, itilip kakılarak her kes tarafından hor görülür. Ama onun da bir umudu
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
264 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Əsərlə bağlı fikirlər müxtəlif və təzadlıdır. Amma siyasi yanaşmanı kənara qoyub bədii cəhətdən yanaşsaq, kiçik insanların faciəsindən danışılır deyə bilərik. Obrazların tipik xarakterlə yanaşı özünəxas xüsusiyyətlərinin olması ilə səciyyələnir.
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
264 syf.
10/10 puan verdi
·
8 günde okudu
Ah,Mir Cəlal!Sənin yaratdığın bu xarakterlərin;özünə xas bir ironiya,insana sözlərlə sillə vuran kimi dürüst və həzmi çətin,vaxt alan bu cümlələr;insanların ağrılı taleyi..Sən bunları necə gözəl bir şəkildə məcmuə yaradaraq kombinə etmisən!Bir neçə yerində gözyaşlarımı saxlaya bilmədiyim bu əsər dərin,ağrılı idi.Həm sevinir,həm də eyni vaxtda
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
Reklam
264 syf.
·
Puan vermedi
Hamımıza məktəb vaxtından "Göz yaşı romanı "ndan Bahar obrazı tanışdır ,həmçinin "İtə ataram , yada satmaram "ın qəhrəmanı Sona ... Bu oxuduğumuz əsərlər "Bir gəncin manifesti " romanın hissələrindən biridir .Hər hissənin əvvəlində müəllif müxtəlif dahilərdən epiqraflar gətirmişdir . Bir gəncin manifesti
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
264 syf.
4/10 puan verdi
·
13 günde okudu
Kitabın bəzi hissələri ilə ibtidai sinif illərindən tanışam. Oxumağı çox istəyirdim bu kitabı, amma, düzü, belə gözləmirdim... Əsər repressiya dalğasının ən coşqun olduğu dövrdə yazılıb. Onunla bağlı olaraq, ya da müəllifin şəxsi rəyinə uyğun AXC pislənib, Sovet Rusiyası isə təriflənib, həm də hədsiz dərəcədə. Bu özünü güclü göstərdiyi üçün kitabı çox bəyənə bilmədim. Bədii cəhətdən yanaşsaq, Baharın həyatı insanı kədərləndirir... Deyərdim ki, ən təsirli hissələr elə Baharla əlaqədar idi. "Bir gəncin manifesti" haqqında düşüncələrim bu qədərdir :)
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
bu kitabi orta okul siralarinda iken okumusdum.. onu qeyd edim ki, cok popular bir kitabdi yashidlarimiz hemen-hemen hami okumushdu bu kitabi.....
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
264 syf.
·
Puan vermedi
·
4 günde okudu
Ahh Mir Cəlal... Görəsən Qızıl Ordunun 20 yanvarda başımıza gətirdiyi fəlakəti görsəydin, yenə də bu əsəri yazardınmı? "Bir gəncin manifesti" Baharın talehi... Zamanın məhv etdiyi uşaq-tifil Bahar... Əsərdəki hadisələr, Baharın başına gələn faciə, Sona ananın çəkdiyi zülümlər o qədər real təsvir olunmuşdur ki, oxucu özünü həmin zamanda hiss edir. Ağa , bəy zülmü Hacı İbrahimxəlilin, Məşədi Abbasın simasinda göstərilmişir. Əsərdə sevmədiyim hissə bu haqsizliqlara, zulumlərə qarşi tək işiq yolu Sovet Rusiyasinin göstərilməsidir. Bunu isə represiya illərində yazıçının "xain" kimi tanınmaması ilə əlaqələndirirəm.
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019231 okunma
Reklam
280 syf.
·
Puan vermedi
Əsəri sevimli müəllimimin tövsiyəsi ilə oxumuşdum.Ədəbiyyata yeni maraq göstərdiyim zamanlar idi deyərdim.Baharın fəlakəti və dünynanın buna susması,onu gözardı etməsi hazırda bir çox yerlərdə yenə davam edir.Və sonda Bahar adına məktəbin açılması,adının yaşadılması istər-istəməz hər kəsi duyğulandırır.Bədii cəhətdən Azərbaycan ədəbiyyatında güclü əsərlərdən biridir,məncə.Lakin bəzi hissələr var ki,bizlərdə tarazlıq yaratmır.Sovetin bu qədər yüksəldilməsi,sanki "qurtarıcımız"məhz onlarda imiş kimi göstərilməsi reallıqla uyuşmur.Buna səbəbin nə olduğu isə o dövrün situasiyasında müəllifin mövqeyindənmidir,ya başqa səbəblərdən qaynaqlanır.Yenə də oxuyacaq hər kəsə xoş mütaliələr
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı, Gənclik Nəşriyyatı · 1980231 okunma