Bir Gəncin Manifesti

Mir Celal

Oldest Bir Gəncin Manifesti Quotes

You can find Oldest Bir Gəncin Manifesti quotes, oldest Bir Gəncin Manifesti book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Hökumət qulduru,soyğunçunu qucağına çəkəndə,kasıb-kusubun səsinə,naləsinə,şikayətinə milçək vızıltısı kimi baxanda,əlbət ki,insan başı toyuq başından ucuz olacaq.
Sayfa 142Kitabı okudu
İnsan insandan qorxduğu kimi heç şeydən qorxmurdu.
Sayfa 150Kitabı okudu
Reklam
Nədir bu? Sərbəst yaranan insanın boğazına daş basılır, deyən dili kəsilir, gözünə qara pərdələr asılır. Düşünən beyninə zindan kimi çəkiclə döyürlər. Deyəsən bizə məlum olmayan daşlıqlara tullayan kimi, insanı, zəhmət adamlarını da ana qucağından qovur bu zalımların qabağına qatırlar. Yazıq zəhmətkeş, sənin zəbt olunmayan, zorlanmayan nəyin qalmışdır! Axırda öz əcəlinlə ölmək səadətini də itirdin! Qulluğunda dəstəfərman durduğun ağalar səni hər gün məhrumiyyət, əzab içində işlədir, hər gün məhv etməyə çalışırlar. Bu gördüyün şəhərlər, keçdiyin küçələr, ayaqladığın torpaq sənə bir həqiqəti pıçıldayır: "Qorun!" Qorunmaq mümkündürmü? Yox, mollalar deyir, insanın çiynində məlaiklər oturmuşdur. Bu yalan deyil, yanlışdır. Çiynimizdə mələk yox, casuslar, cəlladlar oturmuşdur. Onlar bizi məhv etməyə fürsət axtarırlar. Budur, yazığı boğazlayırlar.
Sayfa 197Kitabı okudu
Azadlığı qorumaq – onu fəth etmək qədər müqəddəsdir.
Sayfa 222Kitabı okudu
Reklam
139 öğeden 171 ile 139 arasındakiler gösteriliyor.