Bir Gəncin Manifesti

Mir Celal

Oldest Bir Gəncin Manifesti Quotes

You can find Oldest Bir Gəncin Manifesti quotes, oldest Bir Gəncin Manifesti book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
İlbəil mənim ürəyimə yazılan kin kitabı bağlanmasaydı, inan ki, mən bu işi belə eləməzdim. Hamının belə bir günü var. Düzdür, hamı birdən eləmir, amma görərsən, eləyəcək. Çünki bıçaq boğaza dayanıb. Ölməsək, sağ qalsaq, görərik.
Həyat ona həm dadlı, həm də acı gəlirdi.
Reklam
O, dünyada çox təhqir edilmişdi. Gücün, bu dünyada hər şey demək olan gücün ağırlığını öz başında hiss etmişdi.
Vətəninin, xalqının başına gələn fəlakətləri öz həyatında aşkar hiss edirdi. Körpə bir uşağın sevincini də qarət edən bu canavar iştahlıları kim, nə zaman bizim ana torpaqlardan qovacaqdır? Nə zaman, nə zaman?..
Bu halal güzəran deyil, bu, oğurluqdur. Doydaq müftəxorlar kənd-kəsəyin ağ gününü-güzəranını, işığını, çırağını oğurlayıb gətiriblər. Onlar xalqın ağ gün ümidlərini oğurlamağa gəliblər. Budur, hər yerə süpürgə çəkib özlərinə zər-zivər qayırırlar. Onların caynaqlı əllərində balta, dişlərində qılınc, ayaqlarında nallı çəkmələr var. Bu toxumu bizim torpağa kim saldı? Bizi bu günə qoyan, günün yansın!.. ingilisin yolunu bura salan, yarı yolda can verəsən, gün ışığına həsrət qalasan!..
Sanki ümidlərini işıqlandıran bir qüvvə ardınca gedirdi.
Reklam
138 öğeden 41 ile 50 arasındakiler gösteriliyor.