Göyün bәlaları Sonanın uşaqlarına bir şey edә bilmәzdi vә etmәmişdi. Göylәrdә elә bir bәla yox idi. Ancaq yerlәrdәn qalxıb göyün yeddi qatından keçәn bәlalar Sonanın balasını - Bahar kimilәri mәhv edirdi.
İnsan xəstə olanda ürəyi incələr. Bütün dost-aşnası, hətta uzaq tanışları da yadına düşər. Gözünü qapıya dikib yol gözlər, hər xırda şeydən əsəbləşər, inciyər, küsǝr.
Baharın böyük təqsiri var. Onun təqsiri kasıblıqdır, kasıblıq! Bu zəmanədə kasıblıqdan böyük günah nədir? Canın çıxsın, kasıb olma! Yıxıl öl, kasıb olma!
Əbülfət ușağı adamın atasını yandırar: Ağaməcid bilirsən kimdir? Hacı oğludur!
Bahar bu acı həqiqəti uşaq ağlı ilə dərk etmişdi. Amma nədənsə ağacdan düşmək istəmirdi. Nədənsə o, gücünə yox, haqqına güvənmək istəyirdi. Hacı oğlu olmasa da, nökər olsa da, yetim olsa da tut ağacından düşmək istəmirdi.