Bir Gəncin Manifesti

Mir Celal

Bir Gəncin Manifesti Quotes

You can find Bir Gəncin Manifesti quotes, Bir Gəncin Manifesti book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Oxucum, olmuşdurmu, olmuşdurmu ki, candan əziz ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan?Axtarmısan, lakin sizi ayıran zaman məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur. Belə bir vəziyyətdə, gözlənilmədən, birdən-birə ürək sirdaşın ilə qarşılaşırsan. Burada adamın bütün qanı qəlbinə axır, ürək döyünür, gözlər böyüyür, sifət işıqlanır, güman edirsən ki, bütün arzuların qol açıb səni qucaqladı.
Sabir gözəl təyin edib: Nuri-çeşmanımmısan,ey pul,ya canımmısan? İsmətim,namusum,irzim,qeyrətim,qanımmısan?
Sayfa 135Kitabı okudu
Reklam
O uşaqların hər şeyi vardı, ceyranları da olmalıdır.Baharın heç nəyi yoxdur, ceyranı da olmamalıdır.Onun çöldən tutduğu ovu da, dağların bəxş etdiyi ceyranı da saxlamağa haqqı yoxdur:çünki Bahar yetimdir, Bahar yoxsuldur, Bahar nökərdir, Bahar adamsızdır...
Sayfa 102Kitabı okudu
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. L.Tolstoy
Müsəlmanın işi belədir,xalça-palazı yük yerində çürüdər,özünündə canı çul üstündə çıxar!
Reklam
Hökumət qulduru,soyğunçunu qucağına çəkəndə,kasıb-kusubun səsinə,naləsinə,şikayətinə milçək vızıltısı kimi baxanda,əlbət ki,insan başı toyuq başından ucuz olacaq.
Sayfa 142Kitabı okudu
Geri111
172 öğeden 166 ile 172 arasındakiler gösteriliyor.