Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Bir Göz Qırpımı

Ann Filip
7.7/10
18 Kişi
59
Okunma
9
Beğeni
1.446
Görüntülenme
Tez oyanmışam. Hələ gecədir. Gözümü yumub yenidən yuxuya getmək istəyirəm, amma bacarmıram. Geniş, dumanlı bir düzəngahda, gerçəkliklə xülya arasında qalmışam. Yaxşısı budur lampanı yandırıb kitab oxuyum, məni təngə gətirmiş qarma-qarışıq fikirləri başımdan qovum, amma yorğunluq məni kütləşdirir, gözəl xatirələr aləminə dalıram. Hərdən bu xatirələr məni elə bürüyür ki, ömrünün hansı günlərini yaşadığımı unuduram. Amma şüur öz işini görür, xatirədən xatirəyə keçdikcə yerimdə qurdalanıram, üzümü sənin yastığına tərəf çevirirəm. Bəli, yastığını indi də hər gecə sağ tərəfdən yanıma qoyuram. Çevrilib sənin donuq sifətini görürəm. Son nəfəsini çəkəndə üzünü boş yatağıma çevirmişdin. Açıq gözlərinə, sakit, həyata biganə sifətinə, hərəkətsiz əllərinə baxırdım, duyurdum ki, əzabsız, qüssəsiz getmisən. Həmin gün sənə tamaşa etdikcə, soyuyub qaxaca dönmüş əllərini oxşadıqca, üz-gözünü sığalladıqca, mənə elə gəlirdi ki, ölməmisən, elə belə uzanmısan, çimərlikdəki kimi istirahət edirsən. Məni isə müqaivmət göstərə bilmədiyim bir axın özü ilə aparırdı. Sən ömürlük dayanmışdın, mən isə hələ hərəkət edə bilirdim. Ölüm bizi həmişəlik ayırmışdı.
Yazar:
Ann Filip
Ann Filip
Tahmini Okuma Süresi: 2 sa. 50 dk.Sayfa Sayısı: 100
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
100 syf.
5/10 puan verdi
·
5 saatte okudu
Çox tərəsirli bir kitab idi. Buna kitab demək nə dərəcə doğrudur bilmirəm, düzü.. Bu nə povestdir, nə də lirik gündəlik. Bu, vəfat etmiş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Xatirələrin, son sözlərin, sevgidən qalan qırıntıların toplusu da demək olar. (:
Bir Göz Qırpımı
Bir Göz QırpımıAnn Filip · 059 okunma
Reklam
100 syf.
8/10 puan verdi
·
5 günde okudu
Acı dolu bir monoloq..
Ann Filip'in yazdığı bu kiçik kitab, əslində, monoloqdur. Əri xərçəng xəstəliyindən dünyasını dəyişir. Müalicə müddəti ərzində həmişə onun yanında olur və əri də gözünün qabağında can verir. Burada isə əri ilə olan gözəl xatirələrini, ərinin müalicə müddəti ərzində yaşadıqlarını və onsuz keçən günlərindən yazır. Oxucuya dərindən təsir edən bir monoloqdur.
Bir Göz Qırpımı
Bir Göz QırpımıAnn Filip · 059 okunma
100 syf.
10/10 puan verdi
Hətta ağladım. Ölümü və günahkarlığı necə gözəl təsvir eləmisən sən. Əsla bir şey üçün gec deyil. Hətta hər şeyin bitəcəyinin yaxınlaşdığından əmin olsanız belə.
Bir Göz Qırpımı
Bir Göz QırpımıAnn Filip · 059 okunma
100 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 saatte okudu
Fransız aktyoru Jerar Flipp yaradiciliginin çiçeklendiyi bir dovrde sagalmaz xəstəliyə tutulur.Həyat yoldaşı Ann Flipp onun tezlikle öləcəyini bilir.Jerar isə bundan xəbərsizdir.Kitab ne roman ne povest ne de hekayedir.Bu sadəcə Ann in ərinə yazdığı monoloqdur Ərinin öləcəyini bilən Ann əzab kecirir.Her gün ona saniye kimi gəlməye başlayır.Ona ölüm dəhsətli gorunsədə olumdən sonraki tənhaliq hər əsyada hər yerde sevimli ərini xatirlamasi tenhaligi özləmi daha da dəhsətlidir. Qisa bir vaxtda bir saat içinde bitire biləceyiniz bir kitabdir.Oxumaginizi şiddetle tovsiye edirem. Amma yenə əzab çəkirdim. Hər şeydən çox qoşa gəzənləri görəndə əzab çəkirdim. Onların baxışları camaatın başı üzərində hərlənir, bir cüt ulduz kimi qarma-qarışıq səslərin, siqaret tüstüsünün, viski qədəhlərinin üzərindən uçub uzaqlaşırlar: başqa nə varsa yaddan çıxır, onların görüşü dünyanı qaydaya salır, həyat gerçəkləşir. Kim nə deyir desin, nə eşidir eşitsin, onlar birləşiblər, başımızın üzəri ilə uçurlar, sonra biz çıxıb küçədə tək gedəndə onlar cüt olacaqlar. Mənim üçün isə həmin qoşa ulduz məhv olub, amma başqa ulduzların uçuşuna biganə deyiləm, onları tapıb aşkar edirəm.
Bir Göz Qırpımı
Bir Göz QırpımıAnn Filip · 059 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.