"Ölüm məhbusu" və ya "Ölümə məhkum".
Ölümün bu qədər adiləşdiyi bir dönəmdə bir edam məhkumunun ölümə günlər, saatlar qala yaşadıqlarını oxumaq insana bir daha yaşamımıza, qədrini bilmədiyimiz anlara, adiləşdirdiyimiz günlərə şükür etdirir. Bəzən biri ilə danışarkən "günün necə keçdi?" sualına "belə də, fərqli nəsə olmadı, həmişəki kimi" deyə cavablar veririk.
Bu kitabı oxuyanda edamına günlər qalmış insanın keçmiş xatirlərini, ən adi bildiyimiz qaçmağa, azad gəzməyə, övladının saçlarına sığal çəkməyə necə həsrət qaldığını görürük.
İnsan nankordur axı, əlindəkilərin qədrini bilməz...
Haqqında danışdığımız edam məhkumu da o insanlardan biridir, bir günah törədib, cəzası isə ölümdür. Ömrü boyu önəm vermədiyi, gözardı etdiyi gözəlliklərin qədrini ölümünə günlər qalmış bilir, ancaq o zaman özündən geriyə qalan övladına, yoldaşına, anasına nə olacağı barədə düşünür, onların qayğısı qəlbinə yara olur...
Empatiya qurmağın çətinləşdiyi bu dönəmdə Viktor Hüqo bizə bunu yenidən öyrədir.
Mütaliələrlə qalın...