Kitab edam cəzasının geniş vüsət aldığı bir dövrdə 19-cu əsrdə yazılıb.Adından da məlum olduğu kimi məhkumun edam olunmamışdan əvvəl keçirdiyi hisslər,düşüncələr,yaşadıqları haqqındadır.Kitabı oxuduqca insan sanki,özünü məhkumun yerində hiss edir,onun düşüncələrini özündə yaşayır,sabah öləcəyini bilən insan nə edər?sualını məhkumun dilindən oxuyur.Öləcəyinin saatını belə bilən insanın ölümümün son dəqiqələrində keçirdiyi hisslər o qədər müfəssəl təsvir olunub ki,təsirlənməmək əldə deyil.Görəsən cəzanı tətbiq edən və izləməyə gələn insanlar özlərini o məhkumun və ya ailə üzvlərinin yerinə qoyub,onun pəncərəsindən baxıblarmı heç?
İnsan nə qədər çarəsiz vəziyyətə düşsə də,yenə bir ümid umur,
”İnsan saçının teliyle bir zinciri bile kırabileceğine inanıyor”.
Hər kəsin,xüsusən də,hüquqşünasların oxumalı olduğu bir kitabdır.