Öne Çıkan Bir Milyon Dollarım Olsaydı kitaplarını, öne çıkan Bir Milyon Dollarım Olsaydı sözleri ve alıntılarını, öne çıkan Bir Milyon Dollarım Olsaydı yazarlarını, öne çıkan Bir Milyon Dollarım Olsaydı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qaraqanın qələmindən oxuduğum ilk kitabdır. Hər kəsə məlum olduğu kimi Qaraqan kitabları həm çox bəyənilir,həm də məşhurdur. Digər sosial şəbəkələrdə də kitabla bağlı fərqli paylaşımların şahidi olmuşam. Buna əsaslanaraq çoxdandır oxumaq fikrindəydim. Nəhayət oxuyub bitirdim. Düzü nə yalan deyim bu qədər bəyənilən kitabı mən bəyənə bilmədim. Sıradan kitab oldu mənim üçün. Adından məlum olduğu kimi mövzu bir milyon dolların ətrafında fırlanır. Oxuyarkən bəzən sıxıldım,çünki eyni hadisələr təkrarlandı. Sadə, sıradan əsər təəssüratı yaratdı məndə . Hadisə,olay yoxdu. Oxuyarkən indi nə olacaq, sonra nə olacaq deyə düşünmürsən. Eyni hadisələr təkrarlanır. Fikrimcə sıradan,düz yazılıb. Amma son olaraq əsərin gəldiyi nəticəni bəyəndim. Pulun hər zaman xoşbəxtlik gətirmədiyi,az pulla da xoşbəxtliyin mümkün olduğu gözəl vurğulanıb. Bu qədər,kitabla qalın
İçimdəki səsi dinləmədən Gedəkmi buralardan dayanmadan, gözləmədən?! Arxaya çönmədən Verdiklərini istəmədən qapını bağlamaq Və gizlətmək ruhunu onlardan Onlara dönmədən... Gülümsəmək hirslənmədən Heç kimə güvənmədən