Bir Milyon Dollarım Olsaydı

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
244 syf.
4/10 puan verdi
~Pul hər zaman xoşbəxtlik gətirirmi?
Qaraqanın qələmindən oxuduğum ilk kitabdır. Hər kəsə məlum olduğu kimi Qaraqan kitabları həm çox bəyənilir,həm də məşhurdur. Digər sosial şəbəkələrdə də kitabla bağlı fərqli paylaşımların şahidi olmuşam. Buna əsaslanaraq çoxdandır oxumaq fikrindəydim. Nəhayət oxuyub bitirdim. Düzü nə yalan deyim bu qədər bəyənilən kitabı mən bəyənə bilmədim. Sıradan kitab oldu mənim üçün. Adından məlum olduğu kimi mövzu bir milyon dolların ətrafında fırlanır. Oxuyarkən bəzən sıxıldım,çünki eyni hadisələr təkrarlandı. Sadə, sıradan əsər təəssüratı yaratdı məndə . Hadisə,olay yoxdu. Oxuyarkən indi nə olacaq, sonra nə olacaq deyə düşünmürsən. Eyni hadisələr təkrarlanır. Fikrimcə sıradan,düz yazılıb. Amma son olaraq əsərin gəldiyi nəticəni bəyəndim. Pulun hər zaman xoşbəxtlik gətirmədiyi,az pulla da xoşbəxtliyin mümkün olduğu gözəl vurğulanıb. Bu qədər,kitabla qalın
Qaraqan
Qaraqan
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
Reklam
200 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Qaraqanın ilk kitabıdır ki oxuyuram və həqiqətən o qədər gözəl axıcı yazılıb ki... Yəni pul insanın həyatını bu halamı salır? Bəlkə də Kərəm belə təsəvvür etməzdi ki, həyatı alt-üst olar...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
244 syf.
9/10 puan verdi
·
Beğendi
·
193 günde okudu
Bir milyon dollarim olsaydı görən mən nə edərdim? Özüm qazansaydım, ya da miras qalsaydı bəlkə nə isə edə bilərdim, amma tapsaydım.... Yəqin mən də dəli olardım... Azın dərdi az, çoxun da dərdi çoxdur, düz deyiblər. Kərəm Alıyev bir milyon dollar tapır və..... Yoox bu səhvi çalışacam etməyim, aylar öncə yarım buraxdığım əsəri 2 gündə bir nəfəsə
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
109 syf.
·
Puan vermedi
·
25 günde okudu
Vəə yenə qaraqan yenə bir romanı Kitabı oxuduğda çox sıxılırdım çünki, bir milyonun ola onuda heç doğru dürüst xərcləyə bilməyəsən. Hətta Oğlunun dişini söküb, həyat yoldaşına aldığı paltarları,qızna aldığı ayaqqabını cıranda dahada həvəsdən düşdüm, yarımçıq qoyacagdım ama axırında nəsə mənalı birşey olacagını ümid edib oxumaga davam elədim. axı ona bir milyonun xeyri gəlmədi ən azı kasibda olsaydi bir ailəsi var idi ağlı var idi. Ən əsası ağılldı, allah heçkəsin ağlını başından almasın. ÖZÜNÜ İDARƏ EDƏ BİLMƏYƏN İNSAN dünyanın ən bədbəxt insanıdır Düzünü desəm qaraqanın obiri romanları qədər maraqlı deyildi. . Belə başa düşürəm ki dünyada kərəm kimi saf, təmiz vicdanlı insanların önünə belə bir şans çıxsada onların xoşbəxt olmaq kimi bir lüksü olmayacaq. Məndə özümə bu sualı verdim ki kərəmin yerinə olsaydım mən nə edərdim? Yəqin elə məndə kərəm kimi mənşəyi bəlli olmayan pulla yeni bir həyat qurub lüküs yaşamağı düşünməkdənsə pulun hardan gəldiyi haqqında düşünüb dəli olardım Tağıyev kimi vicdansızlarında həyat üzünə gülür Bu dünyada bir milyonumuz olmasa da olar əsas odu Allah yanında təmiz vicdanlı olaq
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
Reklam
244 syf.
·
Puan vermedi
·
17 günde okudu
Kitab necə idi?
Kitab maraqlı və axıcıdır. Kitabda bir milyon dollar tapmış Kərəmin psixologiyasının dərindən təsvirinə yer verilmişdir. Bəzən qorxu bizi uçuruma apara bilər. Bəzən çox düşünmək və paronika insanı dəli edə bilər. Kərəmin əksinə Tağıyev heç nə düşünmədən, qorxmadan bir milyonu ələ keçirir və istədiyi kimi xərcləyir. Bir milyon bir ailəni məhv edir. Kərəmin həyat yoldaşı Firuzə kərəmi sevsə də Tağıyevin toruna düşür və həyat yoldaşına xəyanət edir. Həm də öz evlərində,öz doğma çarpayılarında, ərinin gözləri qarşısında. Həyat yoldaşı Kərəm isə bütün olanları yataq otaqlarındakı şkafdan görür. Əslində Kərəmin düşündüyü kimi bir milyonu nə mafiya, nə də başqa pis qüvvələr ora qoymuşdu. Onu varlı və oğlu xərçəng xəstəliyindən qurtulmuş bir ata bir insanı bataqlıqdan qurtarmaq üçü ora qoymuşdu.
Qaraqan
Qaraqan
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
244 syf.
·
Puan vermedi
·
19 saatte okudu
Bəs siz heç özünüzə "bir milyon dollarım olsaydı" demisinizmi? Məncə, hər kəs ən azından bir dəfə də olsa, özünə bu sualı verir. Kitabda Kərəm adlı mətbəə işçisi bir gün işdən evə gedərkən yolda bir milyon dollar tapır. Düzdü bu nə qədər inandırıcı olmasa da hadisələr bundan sonra başlayır. İlk zamanlar Kərəmin həyatında hər şey yaxşılığa doğru getsə də, həyat yoldaşı və uşaqlarını sevindirsə də, bu pullar ona baha başa gələcək. Əsərdə psixoloji gərginlik çox vurğulanır və bu da sizi biraz yora bilər. Amma sona qədər oxusanız bütün düyünlər açılmış olacaq.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
244 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitab bir sözlə əladır! Axıcı şəkildə yazılması və sonun gözlənilməz olması insanda həyacan yaradırdı. Kərəmin hər şeyi çox düşünməsi və özündə paranoya yaratması, o qədər acıdan sonra tapdığı bir milyonun lənətə gəlmiş Tağıyevə qalması heç yaxşı olmadı. Kitabı oxuduqdan sonra çıxardığım bir dərs varsa oda Zəmanə adamı olmaq lazım olduğudur:D.. "Bir milyon dollarım olsaydı" mən bu haqqda öz fərziyyələrimi deyə bilərəm,amma kitabda da deyildiyi kimi; bir şey başımıza gəlmədən onun bizi necə bir insan edəcəyini tam dəqiqliyi ilə bilə bilmərik.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
109 syf.
6/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Kitab ilk öncə maraqlı başladı. Ortalarda həddindən artıq sıxıldım və hətta yarıda qoymağı belə düşünürdüm. Hadisələrin bəziləri, Kərəmin düşüncələri bəzi hissələrdə məni sıxırdı doğrusu. Ama sonunu oxuduqda və hadisələrin əslində necə baş verdiyini anladıqda yarıda saxlamadığıma sevindim. Kitabın bizə anlatmağa çalışdığı əsas məsələ isə, "pul heç də insanı hər zaman xoşbəxt etmir". Bəlkə də, Kərəmin yerində daha vecsiz, tək özünü düşünən biri olsaydı hadisələr daha fərqli irəliləyərdi...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
Reklam
244 syf.
·
Puan vermedi
kitab hədiyə olaraq alınmasaydı, yəqin ki, alıb, oxumazdım. Azərbaycanın müasir yazıçılarından olan Qaraqanın bu romanı heç düşünmədiyim qədər möhtəşəm üslub, tərz ilə yazılmışdı.. Təsirləndim və yenə təsadüfən aram kəsişən kitabdan ehtiyacım olanı duydum. Mən çox önyarğı ilə yaxınlaşmışdım, amma, qeyd etdiyim kimi, olduqca təsirləndim. Bəzi rəyləri oxudum kitabı bitirdikdən sonra təbii ki, hərkəs öz zövqünə görə qiymətləndirə bilər lakin , xahiş edirəm, başqa insanların kitabı oxumazdan əvvəl təhlilinə baxma ehtiyacı duyduğunu nəzərə alaraq, daha diqqətli fikir bildirin. Sizin qiymətləndiməniz kitab özəti olmamalıdır:)
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
244 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan Yazarları
Yazarın qələmindən oxuduğum ilk kitabım oldu. Kitabı oxuyarkən Kərəmin bir milyon dollar tapması düzü desəm məni sevindirmişdi, özümü Kərəmin yerinə qoyub ‘görəsən mən tapsaydım necə olardı sonum? ’ dedim oxumağa davam etdim.Kərəmin sonunun belə olacağını düşünməmişdim,çüni biz eşitmişik və beynimiz öyrəşib ki, “pul insanları xoşbəxt edir” , “pul xoşbəxtliyə gedən yolda önəmli faktordur” daha çox spoiler verməyim.Amma olduqca çox maraqlı kitab idi.Oxumaqdan yorulmadım, düşündürücü və insani keyfiyyətləri əhatə edən mövzusu var idi zənnimcə.Kitabın sonu məncə hamını biraz da olsa fikrə salacaq və düşündürəcək.Ümumiyyətlə, son olaraq fikirlərim: kitabı bəyəndim və düşünürəm bu Qaraqandan oxuduğum ilk amma son olmayan kitab olacaq.
Qaraqan
Qaraqan
təşəkkür edirəm.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
200 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Bəs siz 1 milyon dollar tapsaz nə edərdiz?
Dikkat spoil var!!! Qaraqan deyə tanıdığımız Elxan Zeynallının əsərləri günümüzün hadisələrinin özəyini təşkil edir. Yaşadığımız həyatda görüb - keçdiklərimiz, önəmsəmədiklərimiz və başqa daha nələr. Bu kitabda çox kasıb bir həyat yaşayan Kərəm Alıyevin 1 milyon dollar tapmasından sonra başına gələnlər, onun istəkləri, arzuları - amma bir də acıda olsa gerçək həyat... Firuzəylə qurduğu xəyalların və ya yaşadığı həyatın mənasız olduğunu dərk edən Kərəmin vəziyyəti... Kitab axıcı bir kitabdır, həyatda görübdə keçdiklərimizin bir nümunəsidir deyə bilərik...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
244 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Qaraqanın "Bir milyon dollarım olsaydı..." adlı romanı kasıb və namuslu mətbəə işçisi - Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?. "Bir milyon dollarım olsaydı..." romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur. Əgər gecə, küçənin ortasında qara bir çemodanda bir milyon dollar tapsaydınız nə edərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyyac bataqlığından xilas etmək istəyirdi. Amma bəzən hər şey bizim gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir. Kərəmin tapdığı bir milyon dollar onun bütün həyatını dəyişir. Pulun sahibini axtarmaq qərarına gəlir. Lakin axtarışları boş yerə olur.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
244 syf.
·
Puan vermedi
Bir milyon dollarınız olsa nə edərsiz
QARAQAN –BİR MİLYON DOLLARIM OLSAYDI (23.03.23) HADİSƏLƏRİN MƏRKƏZİNDƏ KƏRƏM ADLI SADƏ HƏYAT TƏRZİ SÜRƏN KASIB AMMA VİCDANLI OBRAZ DAYANIR. UZUN İLLƏRDİR YOXSULLUQ İÇİNDƏ YAŞAYAN BU OBRAZ-KƏRƏM GÜNLƏRİN BİR GÜNÜ İŞDƏN QAYIDARKƏN GECƏNİN QARANLIĞINDA İÇİNDƏ BİR MİLYON DOLLAR OLAN ÇAMADAN TAPIR .SƏHƏRƏ QƏDƏR ONUN İÇİNƏ BAXMADAN YANINDA DURUB
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,114 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.