Bir Şey

Gary Keller
Daha azını istəyirsiniz... Diqqətinizin daha az dağılmasını və görüləcək işlərinizin daha az olmasını istəyirsiniz. Lakin gündəlik e-maillər, ismarıclar, yazışmalar və iclaslar maneə kimi qarşınıza çıxır və diqqətinizi yayındırır, həmçinin stressə səbəb olur. İş və ailə həyatınızda sizdən qəfildən tələb edilən şeylərə görə dilemma qarşısında qalırsınız. Bəs bunun nəticəsi nədir? Xoşbəxt olmadığınız aşağı kateqoriyalı iş yeri, vaxtında tamamlanmayan işlər, daha az qazanc, amma hədsiz dərəcədə böyük stress... Və daha çoxunu... İşinizdə daha faydalı olmaq istəyirsiniz. Daha yaxşı həyat yaşamaq üçün daha çox qazanmaq istəyirsiniz. Həyatdan daha çox zövq almaq, özünüzə, ailənizə və dostlarınıza daha çox vaxt ayırmaq istəyirsiniz... İndi isə ikisinə də sahib ola biləcəksiniz... Daha azına və daha çoxuna... BİR şey sayəsində: · mübahisələrdən kəsə yolla uzaqlaşmağı · daha az vaxt ərzində mükəmməl nəticələr əldə etməyi · hədəfinizə gedən yolda daha da sürətlə irəliləməyi · stressi azaltmağı · problemlərin öhdəsindən gəlməyi · hədəfinizdən yayınmamağı · sizin üçün vacib olan şeylərdə ustalaşmağı öyrənəcəksiniz. BİR şey həyatınızın bütün sahələrində xariqüladə nəticələr əldə etmək imkanı verir. BƏS SİZİN “BİR ŞEY”İNİZ NƏDİR?
Yazar:
Gary Keller
Gary Keller
Yazar:
Jay Papasan
Jay Papasan
Çevirmen:
Zümrüd Hüseynova
Zümrüd Hüseynova
Basım Tarihi: 2022İlk Yayın Tarihi: Mayıs 2014Yayınevi: Teas Press
ISBN: 9789952540031Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
8/10 puan verdi
·
Beğendi
·
70 günde okudu
Şəxsi inkişaf, yoxsa şəxsi aldadan?!
Şəxsi inkişaf, motivasiya xarakterli kitablarla çox da aram yoxdu. Amma bəzən belə kitablara şans verib vaxtımı oğurlamaqlarına izin verirəm. "Bir Şey" kitabı isə indiyə kimi oxuduğum sözügedən janr tipinin nümunələri içərisində ürəyimdən tikan çıxaranı oldu. Həqiqətən, bu kitab sadəcə bir şeyə fokuslanır və bir çox məsləhət-məlumat gipnozundan ibarət "populist manevrləri" ilə növbəti qurbanlarını ələ keçirən digər fərdi inkişaf kitablarına - əsasən! - bənzəmir. Oxudum, mənimsədim, indi isə tətbiq edirəm.
Bir Şey
Bir ŞeyGary Keller · Teas Press · 2022259 okunma
Reklam
250 syf.
10/10 puan verdi
·
Beğendi
Əvvəla, bunu deyim ki,kitabın adı ilə maraqlanan və ya maraqlanmayan hər kəs oxuya bilər,çünki hər kəsə lazım olduğunu düşünürəm.Oxuduğum və oxuyacağım bütün şəxsi inkişaf kitabları içərisində ən möhtəşəmi idi.Şəxsi inkişaf kitabı olmasına baxmayaraq,çox axıcı idi.Kitabda ən sevdiyim hissə uşaqlığımda baxdığım çizgi film qəhrəmanı olan Ebenezer Skruc haqqında danışması oldu.Skruc bütün həyatını sadəcə pul yığmağa xərcləyir,bütün dostlarını,münasibətlərini bu yolda qurban verir.Lakin bir gün ölmüş dostunun ruhu onu ziyarət edir və ona gec olmadan dəyişməsi üçün yalvarır.Bu hadisədən qorxan Skruc həyatının məqsədini ,priotetini dəyişir və tamamilə fərqli adama çevrilir.Bəli, bizim həyatımızı məqsədlərimiz,priotetlərimiz müəyyənləşdirir.Məndə eynilə Skruc kimi kitabdan öyrəndiyim BİR ŞEY'i tətbiq etmək üçün tələsirəm...Ümid edirəm faydalı oldu.Sevgilə qalın:)
Bir Şey
Bir ŞeyGary Keller · Teas Press · 2022259 okunma
250 syf.
·
Puan vermedi
Oxuyarkən düşündürən və fərqindəlik yaşadan kitabları sevirəm. BİR ŞEY kitabı da onlardan oldu. Düşünürəm ki, hər oxuduğumuz kitab bizə nələrsə qatır, öyrədir. BİR ŞEY də mənə çox şeylər qatdı. Məqsədyönlü, qərarlı, əzmkar və bu kimi digər keyfiyyətləri aşılayan BİR ŞEY’ i oxuyarkən özünə sualların yaranır və istəməsən də bu suallar üzərində düşünməli olursan və bir aydınlanma yaşayırsan. Zənnimcə hər kəsin oxuması gərəkən bir kitabdır.
Bir Şey
Bir ŞeyGary Keller · Teas Press · 2022259 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.