Bir qadın sev...
Makiyajla bəzənməyi deyil, kitab rəfini kitabları ilə bəzəməyi
sevən,
Qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan.
Dizləri başının, qolları kürəyinin ana vətəni olan,
Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan.
Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan Bir qadın sev...
Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən, Çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən,
Dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb-aparan,
Əlləri yarana dəysə məlhəm olan.
Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran Bir qadın sev...
İtirməkdən dəli kimi qorxacağın,
Saç uclarından ayaq barmaqlarına qədər heyran olacağın. Sevirəm desə səs tellərindən öpmək istəyəcəyin, Üz-üzə gəlsəniz dizlərinin əsəcəyi,
Sadəcə o var deyə dünyanın gözlərində göy qurşağından daha da rəngli görünəcəyi
Bir qadın sev...
Hətta gözlərindəki parıltını günəşin də qısqandığı, Kirpiklərinə göz yaşlarının belə qıymadığı.
Onu doyunca seyr etməyə bir ömrün belə kifayətsiz qaldığı, Çiyinlərini dünyanın ən gözəl guşəsi sandığın. Digər qadınlardan fərqli olduğuna inandığın Bir qadın sev...
Yara alan bir insan bir daha nə zaman sevməyə cəhd etsə, nə vaxt birinə güvənmək istəsə, həmin yaraları qabarar, geri addım atar , daha bir dəfə yaralanmaqdan qorxar.