Beş anonim milyonçu

Birinci Addım

Qaraqan

Düşük Puanlı Birinci Addım Yorumları ve İncelemeleri

Düşük Puanlı Birinci Addım sözleri ve alıntılarını, düşük puanlı Birinci Addım kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.610 üzerinden
399 Kişi · 30 İnceleme
2/10 puan verdi
·
Beğendi
Qaraqanın "A" və "mələk" əsərlərini oxumuşam, amma bu əsər ele ilk vərəqləmələrdən məni sıxdı. Elxanı musiqiçi kimi çox bəyənirəm, amma əsərlərində insanlara, həyata qarşı dahada nifrət oyatmağa çalışır sanki. Zatən parlaq olmayan həyatımızı dahada sıxdı bu əsəri. Ona görədə yarıda dayandırdım və düşünmürəm ondan oxuyum.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
256 syf.
8/10 puan verdi
·
12 günde okudu
Kitab çox maraqlı idi. Bəzi fikirlərlə razı omasamda ümumilikdə bəyəndim. Axıcı bir kitabdır rahatlıqla oxuya bilərsiniz. Kitab sonundakı hekayəni çox bəyəndim :) Düşünürəm ki, "Biz kimik?", "Bura niyə gəlmişik?", "Hara gedəcəyik?" suallarına cavab tapmaq üçün ikinci və üçüncü addım kitablarını oxumaq lazımdır. ~ Xoş mütaliələr.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
Reklam
256 syf.
8/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Üç Addım trilogiyasının ilk kitabı Birinci addım kitabıdır. Kitab, Biz kimik? Həyata nəyə görə gəlmişik? Ve hara gedirik? Sualına cavab axtarır. Bundan əlavə pul, xoşbəxtlik kimi insanların dəyər verdiyi şeyləri araşdırır. Eyni zamanda beş anonim milyonçunun uğur hekayələrindən də bəhs edir. Bu Qaraqandan oxuduğum ilk kitab idi. Çox məlumatlandırıcı və çox axıcı bir kitab oldu. Dəyərli gördüyüm bəzi şeyləri sorğuladım. Həqiqətən onları istəyirdim? Loru dildə desək bu kitab gözümü açdı. Tez bir zamanda İkinci və Üçüncü addım kitablarını oxumaq üçün səbrsizliklənirəm. :)
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
256 syf.
8/10 puan verdi
·
7 günde okudu
Birinci addım Qaraqanın qələmindən oxuduğum ilk kitab oldu. Əsərin bəzi yerində şişirtmələr olduğunu düşünsəm də, ümumilikdə bəyəndim. Çox axıcı idi, bir çırpıda oxuyub bitirmək olar.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
256 syf.
8/10 puan verdi
Kitabda yazıçının beş anonim milyonçudan alınan müsahibələrindən bəhs olunur. Burada milyonçuların necə uğur qazandığını yazıçı bizə geniş şəkildə çatdırır. Yazıçı bizə arzularımızın arxasınca getməyi, məqsədlərimiz uğrunda mübarizə aparmağı tövsiyyə edir. Bir növ motivasiya edici kitab sayıla bilər.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
256 syf.
8/10 puan verdi
·
8 günde okudu
Kitabı hələ bitirməmişəm, amma incələmə yazmaq istəyirəm. Belə ki, bu kataba kimlərinsə fikrinə gprə önyarğılı davrandığıma, oxumadığıma və hətta oxuyanı pis qarşıladığıma görə peşmanam. Düzdür, kitab bədii cəhətdən mükəmməl deyil, hətta yaxşıdan da bir az azdı. Ona qalsa Robin Sharma da heç bədii yazmır. Heç ehtiyacları da yoxdu fikirlərini ki çatdıra bilirlər. İndi gələk əsas məsələyə, kitabın dediyim kimi dili çox sadədi. Amma gözəl fikirləri var. Hətta mən deyərdim sırf Azərbaycanda "bestseller" ola biləcək kitabdı. Hətta bizə ən yaxın sayıla bilən türk ədəbiyyatı belə Azərbaycan cəmiyyətini tam əks elətdirmir. Kim nə deyir, desin. Mən bu kitabın yarısına gəlmişəm və hələki bəyənirəm. Not: məncə bir insan hansısa kitab haqqında fikir yürüdürsə onu özü oxuyub o haqda düşünüb etməlidi. Yoxsa kiminsə təsiri altında olaraq deyilən bir sözün heç bir mənası yoxdu. Çünki hərənin öz dünya görüşü, öz qavrayış tərzi var. Biri üçün səhv olan digəri üçün düz ola bilər.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
Reklam
256 syf.
9/10 puan verdi
·
6 günde okudu
Təxminən 2 il bundan əvvəl, bir dostum Qaraqanın "A" romanını oxuyurdu. Kitab xoşuna gəlməmişdi. Ona görədə məndə bu əsərə başlayanda çox önyarğılı yanaşmışdım əvvəlcə. Sonradan gördüm ki, hislərimdə yanılmışam. Açığı Elxan Zeynallıdan belə bir əsər gözləmirdim. Çox xoşuma gəldi. Hiss olunurki hadisələri, cəmiyyətimizi, əqidəmizi, milli vətənpərlik mövzularını düzgün analiz edə bilən savadlı bir insandır. İstər qəbul edin, istər yox çox həqiqətləri şillə kimi insanların üzünə vurur bir çox yerdə. Əsərdə Qaraqan çox düzgün vurğulayırki, hər şeyi dövlətdə hökümətdə görmək düzgün deyil. Birinci hər bir fərd özü-özünü yaxşı mənada dəyişdirməli, inkişaf etdirməlidir. Bax ondan sonra biz yaşadığımız cəmiyyəti dəyişdirə bilərik. Çoxlu oxumalı, çoxlu öyrənməli, millət olaraq avamlıqdan cahillikdən qurtulmalıyıq. Və məncə hər bir azərbaycanlı da bu kitabı bircə dəfə də olsun vərəqləməlidir. Oxumaq!!! Oxumaq!!! Və yenədə Oxumaq!!!))
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Uzun zamandır oxumadığım yazıçı. Darıxmışdım "qələm"-i üçün. Əsərdə insanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyət araşdırılır. Müəllifin dilindən danışılan bu kitabda həmçinin dünyəvi dəyərlərdən bəhs edir və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır. Pulun yaranma tarixi, onun üzərimizdəki hakimiyyəti, onun barədə mühüm sirlər; Uğur, onun nə olduğu və qazanmaq üçün ehtiyacın olan maddələri; Xoşbəxtlik məhfhumu, onun müəyyənləşdirilməsi, məqsədə uyğun yaşam; Brend; dünyanı idarə edənlər, gözəllik; varlı-kasıb münasibəti; statistika; ictimai qınaq; sürətli dünya; utancaqlıq; müxalifət və iqtidar qütbləri; peşəkarlıq mövzuları kitabın özəyini təşkil edir. Düzdü bədiilik azdı kitabda amma hər mövzunu aydınlaşdırmaq üçün çəkilən tarixi məsəllər, həqiqi faktlar, nağıllar, əhvalatlar və Qaraqanın heç nə, sadəcə oxucu ilə dost kimi danışması kitabı çox doğmalaşdırır. Qıraqdan böyük şişirdilməyə bənzəyəcək amma məncə, hər azərbaycanlı kitab həvəskarı heç olmasa bu kitabı oxumalıdır. Çünki hərənin özünə götürməli olduğu çoxlu məqamlar var, öyrənməli olduğu həqiqətlər var və az öncə saydığım məfhumları araşdıranlar üçün ideal bir kitabdır, hətta bir "dostla söhbət" kimi də baxa bilərsiniz bu kitaba. Oxumayanlara tövsiyə edirəm
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Qaraqan-"Birinci addım" "Üç addım" trilogiyasın ilk kitabı olan "birinci addım" Qaraqanın öz dilindən danışılır və romanı oxuduqca sanki yazıçı ilə söhbət edirmiş kimi bir hiss yaranır.Ən sevdiyim məqam isə Qaraqan özü haqqında yazarkən "kitablarımda seriyallara bənzər məhəbbət mövzusu yazmıram" ifadəsi idi...həqiqətən də elədir,budur Elxan Zeynallı fərqi.Əsər çox maraqlı faktlarla,milyonerlərin uğur hekayələri ilə çox axıcı və möhtəşəmdir.Bu romanda üç suala "Biz kimik?bura niyə gəlmişik ?hara gedirik? " suallarına cavab axtarılır.Azərbaycan cəmiyyətində uğur qazanmış insanların hekayələri əsərin əsasını təşkil edir.Qaraqan beş anonim milyonçunun uğur hekayələrini biz oxuculara çatdırır.Heç olmadığın biri olmaq üçün heç etmədiyin bir işi etməlisən.Roman çox gözəl həyat dərsi verir və oxucunun həyatında,düşücəsində dəyişim başlanğıcı olur.Bu əsəri oxuduqdan sonra həyatı sorğulmamaq imkansızdır.Hər birimiz Qaraqan yaradıcıllığı ilə tanış olmalı romanlarından heç olmaya "üç addım" trilogiyasını oxumalıyıq...Necə ki,mənim düşüncəmə təsir etdi Elxan Zeynallının fərqli fikirləri eləcə də sizin həyatınızda müsbət mənada dəyişim yaradacağından əminəm...
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013938 okunma
18 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.