Beş anonim milyonçu

Birinci Addım

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Xariqüladə kitablardan
İlk səfərdir ki, bir kitab haqqında incələmə yazmaq istəyirəm. Kitabdan alıntılar edib keçmək həm daha rahat, həm də daha sadə yoldur. Nəticədə yazarın düşüncələrini ötürmüş olursan deyə. Amma söhbət bu kitabdan gedirsə düşünürəm ki, kitabın məndə buraxdığı təsir haqqında danışmaqda fayda var. Əslində kitabı əlimə alanda böyük bir gözləntim yox idi, zatən adam kitabı yazanda belə bizə bəri başdan uyarır kitabda əvvəlki fikirlərimizə zidd olacaq, xoşunuza gəlməyəcək düşüncələr çoxdu deyə. Əslində bu biraz tərs psixologiyadır, fərqindəyik yəni :d. Kitab tam olaraq gündəmdəki problemlərdən "Mən niyə Azərbaycanda doğuldum" "Eh, coğrafiya qədərdir" "Bu ölkədə heçnə etmək olmur" "Haçan özümü xoşbəxt hiss edəcəm" tipli suallar, əlbəttə, bunlar və buna bənzər suallar hər birimizin həyatında mütləq ki, bir dəfə fikirləşdiyimiz suallardandı. Bu adam klassik deyil də, o qədər mükəmməl şəkildə faktlar gətirərək məsələyə fərqli baxış bucağından yanaşır ki, oxuyanda zərrəsinə qədər ayırdığım vaxtdan xoşnut olurdum. Hədsiz axıcı olması onsuz da bir neçə günə bitirməyə sövq edir kitabı. Uzatdıqca spoiler vermə ehtimalımın artacağına əminəm. İnsan istəyir ki, bu kitabı saatlarla müzakirə etsin çünki. Ən yaxşısı fikrimi OXUNULMASI ŞİDDƏTLƏ TÖVSİYƏ OLUNUR deyib sonlandırım :)
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
Reklam
256 syf.
·
Puan vermedi
Qaraqanı bir reper olaraq çox bəyənirdim. Artıq bir yazar olaraq da bəyənirəm. Normalda bu tip kitablar mənə anlamsız və vaxt itkisi kimi gəlirdi. Amma bu kitab kifayət qədər axıcı oldu. Kitab öz yaşadığımız ölkəni daha yaxından tanımaqda, problemləri görməkdə, gördüyümüz problemlərə yanaşma şəklini dəyişdirməkdə çox yardımçı olur. Beş milyonçu ilə olan söhbətindən sonra sırf Azərbaycanda necə milyonçu olmağı, ümumən varlı olmağın xoşbəxtlik gətirə biləcək bir qüdrətə sahib olub olmadığını araşdırır və ən əsası bu dünyaya nə üçün gəldiyimizi, sıradan bir insan olaraq davam etmək istəyirikmi kimi suallara cavab tapmağımıza qisməndə olsa köməklik eləyir. Kitabı oxuyarkən bəzi maraqlı məlumatlarla qarşılaşdım ki, oda mənim üçün çox xoş oldu. Kitabı oxuduğum müddətcə həqiqətən nələrsi düşünməli olduğumu anlayır və düşünmək istəyirdim. Kitab mənə "Birinci addım"ı atmağı öyrətdi. "İkinci addım"ı atmaq üçün elə Qaraqanın "İkinci addım"kitabını da oxuyacam. Sizə də oxumağı və bircə addımdanda olsa başlamağınızı tövsiyyə edirəm.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Uzun zamandır oxumadığım yazıçı. Darıxmışdım "qələm"-i üçün. Əsərdə insanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyət araşdırılır. Müəllifin dilindən danışılan bu kitabda həmçinin dünyəvi dəyərlərdən bəhs edir və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır. Pulun yaranma tarixi, onun üzərimizdəki hakimiyyəti, onun barədə mühüm sirlər; Uğur, onun nə olduğu və qazanmaq üçün ehtiyacın olan maddələri; Xoşbəxtlik məhfhumu, onun müəyyənləşdirilməsi, məqsədə uyğun yaşam; Brend; dünyanı idarə edənlər, gözəllik; varlı-kasıb münasibəti; statistika; ictimai qınaq; sürətli dünya; utancaqlıq; müxalifət və iqtidar qütbləri; peşəkarlıq mövzuları kitabın özəyini təşkil edir. Düzdü bədiilik azdı kitabda amma hər mövzunu aydınlaşdırmaq üçün çəkilən tarixi məsəllər, həqiqi faktlar, nağıllar, əhvalatlar və Qaraqanın heç nə, sadəcə oxucu ilə dost kimi danışması kitabı çox doğmalaşdırır. Qıraqdan böyük şişirdilməyə bənzəyəcək amma məncə, hər azərbaycanlı kitab həvəskarı heç olmasa bu kitabı oxumalıdır. Çünki hərənin özünə götürməli olduğu çoxlu məqamlar var, öyrənməli olduğu həqiqətlər var və az öncə saydığım məfhumları araşdıranlar üçün ideal bir kitabdır, hətta bir "dostla söhbət" kimi də baxa bilərsiniz bu kitaba. Oxumayanlara tövsiyə edirəm
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
9/10 puan verdi
·
6 günde okudu
Təxminən 2 il bundan əvvəl, bir dostum Qaraqanın "A" romanını oxuyurdu. Kitab xoşuna gəlməmişdi. Ona görədə məndə bu əsərə başlayanda çox önyarğılı yanaşmışdım əvvəlcə. Sonradan gördüm ki, hislərimdə yanılmışam. Açığı Elxan Zeynallıdan belə bir əsər gözləmirdim. Çox xoşuma gəldi. Hiss olunurki hadisələri, cəmiyyətimizi, əqidəmizi, milli vətənpərlik mövzularını düzgün analiz edə bilən savadlı bir insandır. İstər qəbul edin, istər yox çox həqiqətləri şillə kimi insanların üzünə vurur bir çox yerdə. Əsərdə Qaraqan çox düzgün vurğulayırki, hər şeyi dövlətdə hökümətdə görmək düzgün deyil. Birinci hər bir fərd özü-özünü yaxşı mənada dəyişdirməli, inkişaf etdirməlidir. Bax ondan sonra biz yaşadığımız cəmiyyəti dəyişdirə bilərik. Çoxlu oxumalı, çoxlu öyrənməli, millət olaraq avamlıqdan cahillikdən qurtulmalıyıq. Və məncə hər bir azərbaycanlı da bu kitabı bircə dəfə də olsun vərəqləməlidir. Oxumaq!!! Oxumaq!!! Və yenədə Oxumaq!!!))
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
Reklam
256 syf.
8/10 puan verdi
·
12 günde okudu
Kitab çox maraqlı idi. Bəzi fikirlərlə razı omasamda ümumilikdə bəyəndim. Axıcı bir kitabdır rahatlıqla oxuya bilərsiniz. Kitab sonundakı hekayəni çox bəyəndim :) Düşünürəm ki, "Biz kimik?", "Bura niyə gəlmişik?", "Hara gedəcəyik?" suallarına cavab tapmaq üçün ikinci və üçüncü addım kitablarını oxumaq lazımdır. ~ Xoş mütaliələr.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Beş Anonim Milyonçudan başqa bir suala doğru
Uzun müddətdir ki,
Qaraqan
Qaraqan
tərəfindən yazılmış "Üç Addım" trilogiyasını bitirməyə çalışırdım. Bir çox kitab mağazasını gəzib
Birinci Addım
Birinci Addım
kitabını tapmadığımdan
İkinci Addım
İkinci Addım
kitabından başlamış, ardınca
Üçüncü Addım
Üçüncü Addım
ı oxumuş, sonra isə
Birinci Addım
Birinci Addım
ı oxumuşdum. Əlbəttə ki, ardıcıllığın pozulması səbəbiylə bir az qarışıqlaşan trilogiyanı yenidən oxudum.
Birinci Addım
Birinci Addım
pul məfhumu, brend və s. mövzulardan danışır, necə pul qazanmaq olar?, Azərbaycanda pul qazanıb milyonçu olmaq olarmı? suallarına cavab verir. Kitabda 5 anonim milyonçuyla apardığı söhbətlər oxunmağa dəyər. Onların hansı vəziyyətdən hansı vəziyyətə yüksəldiyini bu dioloqlarda görürük. Kitab insanda bir addım atmağa, özünə və işinə dair nələrsə etməyə istək yaradır, hətta necə deyərlər "itələyir". Kitab çox rahat gedir, ən kiçik terminləri belə izah edən
Qaraqan
Qaraqan
yuxarıda sadalanan mövzulardan əlavə başqa mövzulara da toxunmuş, maraqlı faktlardan və misallardan danışmışdır. Kitabın sonuna doğru söhbətlər və məqsəd dəyişməyə başlayır. Artıq söhbət pul və onun qazanılmasından başqa bir formaya keçir. Bu isə
İkinci Addım
İkinci Addım
ın yaranmasına gətirib çıxarır. Xoş oxumalar. Gününüz gözəl keçsin...
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 günde okudu
Hər kəsə xoş günlər :)
İlk addımı atmağa həvəsləndirən bir kitabdır. Bəzən varlığından xəbərdar olmadığımız suallarımız olur, bu kitabda həmin suallarla və cavabları ilə qarşılaşa bilərsiniz. Ümidsizliyin əslində ilk addım atmaq üçün heç də əngəl olmadığını, sadə addımlar ataraq nələrsə əldə edə biləcəyimizi izah edir. İstər yazı dili, istərsə də məzmunu səndə sanki könhə dostunla danışırmışsan kimi hissiyat oyadır, bu da öz səhvlərini qəbullanmağı məncə bir qədər asanlaşdırır.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
·
Puan vermedi
Mənim içimdəki dünyadan da məni qovanda qəlbim Anladım ki, bu dünyanı eləməliyəm öz dünyam Xəyallarda yaratdığım şəhzadənin çıxdım axtarışlarına Boz binaların altında Döyüşlər, ölümlərlə üz-üzə dəqiqələrin rəqsi Cəllad oldu əqrəblər, saatlarımın başını kəsdi Keçdi günlər, tapdım ümidi mahnılarda, gecələrim Neçə soyuqda, neçə payızda gecəni küçədə gecələdim ( Dinləyin , mənəvi dünyanızda bu yolu kecirsiz, kecmisiz? Deyə sual verin meselen)
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
Reklam
256 syf.
10/10 puan verdi
·
Beğendi
"Üç addım" trilogiyası ən vacib üç suala cavab axtarır.Biz kimik?Bura niyə gəlmişik?Hara gedirik? Birinci addım-Qaraqanın öz dilindən danışılan bu dünyəvi kitab dünyəvi dəyərləri araşdırır və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır.Pul,sevgi və xoşbəxtlik nədir?Doğrudanmı bunlar üçün mübarizə aparmaq lazımdır???? İyi okumalar....❤
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
Qaraqan - Birinci Addım
Çox vaxt sevmirdim belə kitabları. Ama "Birinci Addım" kitabı elə möhtəşəm qələmə alınıb ki, insan sözün əsil mənasında oxumağa doymur. Çox şeyə ümidini itirmiş insanlara şiddətlə tövsüyə etdiyim bir kitab oldu. Hətda ən çıxılmaz vəziyyətlərdə belə, mütləq bir işıq nöqtəsi görünür. Təki sən gözlərini açıb, o işığı görə biləsən. Təşəkkürlər Qaraqan.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Qaraqan-"Birinci addım" "Üç addım" trilogiyasın ilk kitabı olan "birinci addım" Qaraqanın öz dilindən danışılır və romanı oxuduqca sanki yazıçı ilə söhbət edirmiş kimi bir hiss yaranır.Ən sevdiyim məqam isə Qaraqan özü haqqında yazarkən "kitablarımda seriyallara bənzər məhəbbət mövzusu yazmıram" ifadəsi idi...həqiqətən də elədir,budur Elxan Zeynallı fərqi.Əsər çox maraqlı faktlarla,milyonerlərin uğur hekayələri ilə çox axıcı və möhtəşəmdir.Bu romanda üç suala "Biz kimik?bura niyə gəlmişik ?hara gedirik? " suallarına cavab axtarılır.Azərbaycan cəmiyyətində uğur qazanmış insanların hekayələri əsərin əsasını təşkil edir.Qaraqan beş anonim milyonçunun uğur hekayələrini biz oxuculara çatdırır.Heç olmadığın biri olmaq üçün heç etmədiyin bir işi etməlisən.Roman çox gözəl həyat dərsi verir və oxucunun həyatında,düşücəsində dəyişim başlanğıcı olur.Bu əsəri oxuduqdan sonra həyatı sorğulmamaq imkansızdır.Hər birimiz Qaraqan yaradıcıllığı ilə tanış olmalı romanlarından heç olmaya "üç addım" trilogiyasını oxumalıyıq...Necə ki,mənim düşüncəmə təsir etdi Elxan Zeynallının fərqli fikirləri eləcə də sizin həyatınızda müsbət mənada dəyişim yaradacağından əminəm...
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
8/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Üç Addım trilogiyasının ilk kitabı Birinci addım kitabıdır. Kitab, Biz kimik? Həyata nəyə görə gəlmişik? Ve hara gedirik? Sualına cavab axtarır. Bundan əlavə pul, xoşbəxtlik kimi insanların dəyər verdiyi şeyləri araşdırır. Eyni zamanda beş anonim milyonçunun uğur hekayələrindən də bəhs edir. Bu Qaraqandan oxuduğum ilk kitab idi. Çox məlumatlandırıcı və çox axıcı bir kitab oldu. Dəyərli gördüyüm bəzi şeyləri sorğuladım. Həqiqətən onları istəyirdim? Loru dildə desək bu kitab gözümü açdı. Tez bir zamanda İkinci və Üçüncü addım kitablarını oxumaq üçün səbrsizliklənirəm. :)
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
·
Puan vermedi
·
Beğendi
Qaraqan . Birinci addım
Həyatın mənası ona neca dəyər verməyinizdədir, və bu dəyərdən asılı olaraq si- zin öz qiymətiniz və öz anlamınız artır. Balkə məsələ nə pancərədə, nə gözəl mənzərədə, nə də təmiz şüşədədir, sadəcə, ona neca baxmağımızdadır? Misirdə fironun dövründə ehramın böyründəki üç eyni işi görən kölədən soruşurlar: "siz neyləyirsiz?" birinci deyir: "Eşşək kimi daş daşıyıram", ikinci deyir: "Dolanmaq üçün işləyirəm", üçüncü deyir: "Gözəl bir məbəd tikirəm!" Ən gözəl final
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
256 syf.
10/10 puan verdi
·
5 günde okudu
Qaraqan - Birinci addım. Möhtəşəm Sadəcə bu kitabı oxuyun. Özünüz anlayacaqsınız nə demək istədiyimi. Heç vaxt insan olduğunuzdan utanmayın, çünki mələklərin əhatəsində deyilsiniz.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
2/10 puan verdi
·
Beğendi
Qaraqanın "A" və "mələk" əsərlərini oxumuşam, amma bu əsər ele ilk vərəqləmələrdən məni sıxdı. Elxanı musiqiçi kimi çox bəyənirəm, amma əsərlərində insanlara, həyata qarşı dahada nifrət oyatmağa çalışır sanki. Zatən parlaq olmayan həyatımızı dahada sıxdı bu əsəri. Ona görədə yarıda dayandırdım və düşünmürəm ondan oxuyum.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013917 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.