Kim umar səndən vəfayi
Əgr şahu, əgər bəndə,
Yalan dünya degilmisən?
Hər kişiyi salan bəndə.
Mühəmmədi-Mustafayi
Kimsə məkan tutmur səndə,
Alan dünya degilmisən?
İşin-gücün daim yalan,
Çox kişidən arta qalan,
Neçə kərə boşalaraq-
Dolan dünya degilmisən?