Bəlkə də Bu, Həqiqətdir

Marc Levy
Mark Levi Fransanın məşhur yazıçılarından biridir. Onun əsərləri 30-dan çox xarici dilə tərcümə olunmuşdur və yüksək tiraj­larla satılır. Onun ilk romanı olan “Bəlkə də bu həqiqətdir” (film adı: “Yer ilə göy arasında”) əsəri öz qeyri-adi süjeti və möcüzələr yaratmağa qadir hisslərin gücü ilə insanı heyrətə salır.
255 sayfa
Reklam

Yorumlar ve İncelemeler

255 syf.
10/10 puan verdi
·
Beğendi
Bir axşam yalnız yaşayan memarın evində gənc, gözəl qız peyda olur. Və o... ruhdur: "İndi sizə deyəcəyim şeyi, bilirəm ki, başa düşmək o qədər də asan deyil, qəbul etmək qeyri- mümkündür, ancaq əgər başıma gələnləri diqqətlə dinləsəniz və mənə etimad göstərsəniz, bəlkə də mənə inanarsınız. Bu isə çox önəmlidir, çünki siz heç özünüzdə bilmirsiniz ki, dünyada bunu paylaşa biləcəyim yeganə insansınız"... Beləcə qız başına gələnləri memara danışır. Yalnız gənc memar ona yardım edə bilər. Ancaq onları bir-birinə bağlayan sevgi hissləri olmasaydı, o da ölüm qarşısında aciz qalacaqdı.
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Uzun müddətdir oxumaq istədiyim bir kitab idi, amma cəsarət tapa bilmirdim. Səbəbi özümə qalsın. Təsadüfdürmü bilmirəm, ya əsərin qəhramanları kimi təsadüflərə inanmamalıyammı onu da bilmirəm, qəribədir ki, baş qəhrəmanlardan biri Artur da bəzi şeylər üçün cəsarət tapmağa uzun müddət vaxt sərf etmişdi. Oxuduğum üçün, buna cəsarət tapdığım üçün çox şadam. Məğzinə görə həyatımızın, bizə verilən şansların, hər saniyəmizin qədrini bilməyə, onları düzgün qiymətləndirməyə çağırır. Kitabı dolayı yolla da olsa, mənə tövsiyə etdiyi üçün mərhum dostuma təşəkkürlərimi bildirirəm. Bəlkə, bu günə qədər zamanımın, həyatımın, birlikdə keçirdiyimiz anların dəyərini kifayət qədər anlamamışam. Amma bundan sonra qalan xatirələrimizin qiymətini, mənə qatdığı hər şeyi, ümid edirəm ki, qoruyub-qiymətləndirəcəyəm. Oxumaq istəyən hər kəsə xoş mütailələr!
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
Yazarı tanımırdım. Artıq bu əsəri ilə tanıdığım üçün çox xoşbextem. Fantastik hekayə kimi gorunur ama men bele bir şeyin varlığına eminem heyatdır her şey ola biler. Mene tövsiyə edenede xüsusi teşekkürümü bildirirem
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 saatte okudu
Marc Levy-Bəlkə də bu, həqiqətdir Marc Levy Fransanın məşhur yazıçılarından biridir.Onun kitablarını tövsiyə edənlər çox olmuşdu. Yazıçının "Bəlkə də bu,həqiqətdir"romanı onun ilk əsəridir və yazıçının ilk olaraq məhz bu romanını oxumaq istədim.Dünən axşam başladığım romanı, bu gün bitirdim.Sevgi romanlarını oxumağı çox sevməsəm, əsasən
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
İlk başda kitabı oxumaqda tərəddüd edirdim, mənim oxuduğum janrlardan uzaq idi. Və əslində anam üçün almışdım, o da oxuyub, çox bəyənmişdi. Aylardır kitab rəfimdə olmasına baxmayaraq, iki günə oxuyub bitirdim. İnanılmaz axıcı bir romandır. Məncə heç bir yaş sərhədi yoxdur. “Reallıqdan uzaqsansa, özünə bir o qədər də yaxınsan” məfhumunu söyləyərdim, kitabdan çıxardığım nəticəyə əsasən. Həyatın hər günündə 18 400 saniyəni anı yaşayaraq keçirməmiz diləyi ilə..
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
Mark Levinin əsərlərini oxuduqca bu müəllifə daha çox aşiq oluram. Levy heç vaxt məyus etmir. Mistik hadisələr ilə dolu həyacanlı bir əsərdir . Maraqla 1 günə oxuyub bitirdim. Oxuduqca həyacanlandım, bəzən reallıqdan uzaq olan hadisələrə belə qorxu hissinə qapıldım, lakin duyğulandığım anlarda oldu; Qəhrəmanın anasının məktublarının gözəlliyi xüsusi diqqətimi çəkdi. Bu kitab bizi həyatımıza, dəyərlərinə və bizə yaxın insanların sevgisinə fərqli baxmağa vadar edir. Çox bəyəndim ... İnsanın ruhunun notlarına toxunan bu sehrli roman sayəsinda bütün həyatıma kənardan baxdım, bunun üçün müəllifə çox təşəkkür edirəm ! Gün ərzində bizə verilən 86 400 saniyəlik bir krediti xatırlayacağam))) Mark Levy sayəsində !!!🪄
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Salamlar, əziz kitabsevərlər Artıq yazıçının 2-ci kitabıdır ki, oxuyuram və yaxşı ki, oxumuşam deyirəm. Kitabın baş qəhrəmanı Loren adlı təcrübəçi həkim qızdır. Qəza nəticəsində qız komaya düşür. Daha sonra qızın qaldığı evdə Artur adlı bir gənc yaşamağa başlayır və elə bundan sonra maraqlı hadisələr olur. Qız ruh kimi bu evdə yaşayır və bu ruhu ancaq Artur görür. Bir çox hadisələr baş verir və onlar bir-birlərinə aşiq olurlar. Və bir gün gəlir həkimlər Loreni aparatdan ayırmaq istəyirlər. Bu isə Lorenlə bərabər onun ruhunun da ölməsi idi. Artur əlindən gələni edir və kitab gözlənilməz möhtəşəm sonluqla bitir. Kitabın hər səhifəsini maraqla, həyəcanla və sonlarını isə göz yaşları ilə oxudum. Hər kəsə xoş mütaliələr!
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
179 syf.
10/10 puan verdi
·
12 günde okudu
Spoiler var!!
Kitab yazarın qələmindən oxuduğum ilk əsərdir.Kitab çox sadə dildə yazılmışdır.Fantastik janırda olmasına baxmayaraq həyatda da belə hadisələrin olduğuna inanıram.Əsər Loren adlı qadının maşın qəzası nəticəsində komaya düşməsi ilə başlayır.Lorenin ruhunu onun evini kirayə alan Arturdan başqa heç kəs görmür və hiss Artur ilk öncə buna reallıq kimi qəbul etməsədə, artıq inanmağa başlayır.və Bunu Ən yaxın dostu Pol'a anladır.Pol Artura ruhi xəstə kimi baxsada,onun ən yaxın dostu olduğu üçün onu inanmağa çalışır.Beləliklə vaxt getdikcə Artur Lorenə aşiq olur.Həmin zamandda həkimlərdə artıq Lorenin əbədiyyətə qovuşduğunu və onu evtanaziya etməyi ansınan tövsiyyə edirlər.Buna görədə Artur Lorenlə və Polla birlikdə Lorenin bədənini xəstəxanadan qaçırdıllar.Beləliklə Lorenin bədənini Arturun anası Lilinin evində saxlayır.Həmin müddətdə Polis müfəttişi Pilgez Loren Klaynın bədənin oğurlanması ilə bağlı iş başladır.Və günlər sonra Lorenin bədəni yenidən xəstəxanaya yerləşdirilir.Müalicə aldığ müddətcə Loren Arturla xoş bir zaman keçirdi.Bir gün səhər Artur Lorenin ruhunun yox olduğunu görür və ağlayaraq onu bərk qucaqlayır.Loren ruhu artıq onu tərk edənən sora Artur özünə gələ bilmir lakin 10 günən sora gələn zəng hər şeyi dəyişir.Loren komadan ayılır.Lakin Arturu artıq tanmır.Əsərdə Arturun Lorenə və Liliyə olan sevgisi əsəri daha da cəlbedici edir.Hər Kəsə Oxumağı Tövsüyə Edirəm.
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
9/10 puan verdi
·
Beğendi
Yazıçının "Bəlkə də bu,həqiqətdir"romanı onun ilk əsəridir və yazıçının ilk olaraq məhz bu romanını oxumaq istədim.Romanı bitirməmə baxmayaraq təsirindən hələ də çıxa bilmirəm kaş,bütün bu fantastika,imkansız sevgi gərçək olardı,real həyatda da bu cür hadisələr baş verərdi.Əsərdə gənc və gözəl həkim olan Loren, bir qəza nəticəsində dərin bir komaya girir,bu zaman onun ruhu bədənindən ayrılaraq azad bir şəkildə hərəkət edir.Komaya düşdükdən sonra anası tərəfindən Artur adlı bir memara kirayə verilən evini də tez -tez ziyarət edir.Arturla onun tanışlığı hamam otağındaki geyim şkafından ,qəribə səslərin gəlməsi ilə başlayır .Şkafı açan Arturun Loreni görməsi bir möcüzə idi çünki,Loren bir ruh idi və Arturdan başqa onu heçkim görmürdü .Sonra isə Lorenin ruhu ilə Artur arasında möcüzəvi bir eşq yaranır əsərin əsas hadisələr bundan sonra baş verir Artur yaxın dostunun köməyi ilə Lorənə kömək etməyə başlayır .Roman çox axıcı və maraqlıdır.Yumorun və kədərin çox gözəl sintezi əsərin əsasını təşkil edir.Arturun uşaqlıq xatirələri, anası Lilinin ölümü romana maraq qatan məqamlardandı .Sonluğu isə hədsiz çox sevdim
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Diqqət Spoilər! Salam əziz kitab sevərlər Mən əsərin gözəlliyindən bu vaxta kimi xəbərsiz qaldığım üçün heyfsləndim, ola bilsin ki oxuculardan çoxusu əsəri fantastik adlandıra bilər elə mənim özümə də ilk başlarda qəribə gəlmişdi ruhla söhbət etmək, onunla danışmaq, ona aşiq olmaq dildə fantastik səslənir ama mənim diqqətimi çəkən, məni əsərə
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0843 okunma

Yazar Hakkında

Marc Levy
Marc LevyYazar · 23 kitap
Marc Levy 1963 yılında Fransa'da doğdu. 17 yaşında Kızılhaç örgütüne katıldı, altı yıl gönüllü olarak hizmet verdi ve bir yandan da Paris-Dauphine Üniversitesi'nde öğrenimini sürdürdü. Yirmi üç yaşında ülkesinden ayrılıp ikinci vatanı ABD'ye yerleşti. Yedi yıl sonra, iki arkadaşıyla birlikte bir mimarlık şirketi kurmak üzere Fransa'ya geri döndü. On yıl boyunca bu şirketi yönetti. 40 yaşına yaklaştığı günlerde, oğluna anlattığı hikayeleri kağıda dökmeye karar verince, ilk romanı Keşke Gerçek Olsa (Can Yayınları, 2001) ortaya çıktı. Dünya çapında büyük bir başarı elde eden kitap, aylarca çoksatar listelerinin başından inmedi ve otuza yakın dile çevrildi. Yazarın ikinci romanı Neredesin, ilkini aratmayacak bir başarıyla çok geçmeden 1 milyon satış rakamına ulaştı. 2003'te yayımladığı Sept jours pour une éternité (Bir Sonsuzluk İçin Yedi Gün) Fransa'da 2003'ün en çok satan romanı oldu. 2004'te yayımlanan La prochaine fois (Bir Dahaki Sefer), aşk, mizah ve masalsı öğelerle ördüğü romanlarının son halkası oldu. Bir kısa metraj filmi de (La lettre de Nabila) bulunan yazar, şu sıralar ilk uzun metraj filminin hazırlıklarıyla uğraşıyor ve Londra'da yaşıyor.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.