Bu Dünyanın Hər Sifəti

Ramiz Rövşən

Quotes

See All
Bağışla, qapını döyə bilmirəm, Bağışla, “sevirəm” deyə bilmirəm, Özüm də bilmirəm niyə, bilmirəm, Bağışla, bağışla, məni bağışla.
Mənim balam,bu dünyayla oynama
Mənim balam, bu dünyayla oynama, Sən cavansan, dünya qoca dünyadı. Düşmən nədi, dost evini dost yıxar, Bilən bilir, dünya necə dünyadı. Ömrə, günə etibar yox əzəldən, Bir də dönüb yarpaq olmaz xəzəldən, Beşiyindən bizə tabut düzəldən, Bələyindən kəfən biçən dünyadı. Kim nə anlar bu zalımın işindən, Çoxlarını keçiribdi dişindən, Möhkəm yapış papağından, başından, Başdan papaq alıb qaçan dünyadı.
Reklam
qulaq bir xoş sözə həsrət...
Qalıbdı göz gözə həsrət, Əl ələ, diz dizə həsrət, Qulaq bir xoş sözə həsrət, Dil də, dodaq da darıxır.
Sayfa 58
Cavan olsun, ya qoca, Zərrəcə dəxli yoxdu. Dünyada bir kişinin Sərçəcə ağlı yoxdu.
Mənim balam, bu dünyayla oynama, Sən cavansan, dünya qoca dünyadı. Düşmən nədi, dost evini dost yıxar, Bilən bilir, dünya necə dünyadı.
Çoxdandı ki, əl üzmüşük öz Allahımızdan, Allah bizim Allahdı, keçər günahımızdan.
Sayfa 44
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.