Bu Şəhərdə Kimsə Yoxdur

Rövşen Abdullaoğlu

Bu Şəhərdə Kimsə Yoxdur Gönderileri

Bu Şəhərdə Kimsə Yoxdur kitaplarını, Bu Şəhərdə Kimsə Yoxdur sözleri ve alıntılarını, Bu Şəhərdə Kimsə Yoxdur yazarlarını, Bu Şəhərdə Kimsə Yoxdur yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Tövrat
Haradan gəldiyini, hara getdiyini və kimin qarşısında cavab verəcəyini unutma!
İnsanı yaxşı tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan.
Reklam
Mən bu illərdə öyrəndim ki, zaman həqiqətəndə təbib deyildir. O, sadəcə insanı ağrı və kədərlə yaşamağa öyrəşdirir. Elə bil ki, bu kədər sənin bir hissəndir. Mən bu həyatımda xəyal qurmaqdan qorxduğum kimi ikinci bir şeydən qorxmuram.
Həyatda ən çox sevdiyim iş tənhalığa çəkilməkdir. Onsuz da, insanlar içərisində olsam da, mən yenə də tənhayam. Ancaq yanımda heç bir kəs olmayanda özümü daha rahat hiss edirəm. Təzə vaxtlar fikirləşirdim ki, yəqin, mən dəli oluram, ya da ki, bir müddətdən sonra öz canıma qəsd edəcəm.
- İnsan uzun müddətli tənhalığa adət edir. Sonradan hər kəs bu tənhalığı pozsa, başlayır, o adama öyrəşməyə. Tənhalığa öyrəşmiş insan bəzən özünü güclü bilir, ağrılara, tənhalığa sinə gərəcəyini düşünür. Hər səhər açılanda yenə də tənha olduğunu görür və fəryad edir: "Mən güclüyəm, mən bütün bunlara dözəcəyəm!". Sakitləşdikdən sonra isə yavaşca öz-özünə pıçıldayır: "Mən artıq yorulmuşam...".
- Villi, həyat hər nə qədər acımasız və sərt olsa da, insan hər nə qədər tənha və kimsəsiz olsa da, həmişə onu bu tənhalıqdan xilas edəcək bir kimsə vardır. Sadəcə onu tapmaq lazımdır. Bir çox hallarda da onu lazım olan məqamda Allah özü göndərir,
Reklam
-Villi, hislər güllər kimidir. Diqqət olunmayandax baxılmayanda solar. Hislərini başqaları ilə bölüşməlisən, sevgini insanlardan məhrum etmə, onlara bolluca məhəbbət ver. Bu zaman içində gözəl bir aləmin yarandığının şahidi olacaqsan. Hislərini içində boğsan, bir müddətdən sonra onlar da boğulub öləcəklər.
Keçmişini qəlbində dəfn etmişdi və ora kimsəni buraxmaq fikri yox idi.
"Təsadüf yoxdur, hər şeydə bir məna var, sən mühüm bir varlıqsan. Bütün bu həyat və yaradılış məhz sənin üçündür. Sən təbiətin acı və mənasız bir oyunu deyilsən. Baş verənlər zarafat deyil, bir gerçəklikdir."
Reklam
Həyatda elə anlar, qarşılaşdığın elə hadisələr olur ki, onu tamamilə unutmaq, yaddaşından birdəfəlik silmək istəyirsən. Ancaq tərslikdən məhz onları heç bir zaman unuda bilmirsən.
-İnsanın digərlərini anlamağı, ilk növbədə, özünü anlamağından başlayır.
·
Puan vermedi
Deməli,bu əsərin sadəcə 153 səhifəsini oxumuşam. Sıxıcıdı deyə yarım qalmadı,kitabı dostumdan almışdım geri verməli oldum və bir il olacaq ki hələ də tamamlamaq qismət olmayıb. Həqiqətən sevdiyin bir şeyi niyə sevdiyini izah etmək çətin olur,bu kitaba olan sevgimin də izahı yoxdur. İncələmə yazmaq mənlik deyil,sadəcə bu əsərin hesabımda qalmasını istədim.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,663 okunma
Helen bu istəklərini həyata keçirə bilmədi. Çünki həyatda hər bir insana bəzi fürəstlər yalnız bir dəfə verilir.
Ən acınacaqlısı isə budur ki, heç sənin də öz həyatında yer verəcəyin bir kəs yoxdur...
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.