Bumeranq Zerbesi

Çingiz Abdullayev

Sözler ve Alıntılar

Tümünü Gör
Daha çox adamayovuşmaz olmuşam. Hiss edirəm ki, insanlara olan sevgim azalır . İnsanların qüsurları haqda həddən çox şey bilirsənsə, həm bütün bəşəriyyəti, həm də onun ayrı-ayrı nümayəndələrini sevmək çətinləşir
Sayfa 108Kitabı okudu
"-Mən isə bu cinayəti araşdırmaq üçün Moskvadan gəlmiş ekspertəm və siz mənim suallarıma cavab verməyənə qədər, hətta məni buradan çıxarmaq üçün milis çağırsanız belə, buradan getməyəcəyəm. -Yəni o qədər həyasızsınız?- qadın özünü təəccüblənmiş kimi göstərdi. -Mən o qədər inadkaram,- Dronqo elə onun üslubunda cavab verdi"
Sayfa 195 - XX FƏSİLKitabı okudu
Reklam
"...bir qədər dəyişilməyə çalışmaq lazımdır. Əlbəttə, yaxşı cəhətdən"
Sayfa 111 - DronqoKitabı okudu
"Şübhəsiz ki, səhvlər də olur, ancaq bir nəfər səhvən mühakimə olunmuş dustaq varsa, həqiqətən müqəssir olanlar minlərlədir. Onlar ya həmin müəssisələrdə ölməli, ya da heç vaxt oradan çıxmamalıdır. -Söhbət yad adamdan gedirsə, mühakimə etmək asandır. Bəs birdən həmin "səhvən" sizə aid olsaydı? Ya da sizin yaxın adamınıza?"
Sayfa 104 - XI FƏSİLKitabı okudu
"-Bəzi həkimlərin psixi xəstə, cəmiyyətin isə patoloji qatil hesab etdiyi adamlarla necə rəftar etmək lazımdır? -Ən asan cavab bu olardı ki, onları məhv etmək lazımdır.- Dronqo fikirli halda dedi.- Ancaq, bəlkə də, Kazbek İsmayloviç haqlıdır. Heç olmasa, hərəkətlərinin məntiq və səbəbini anlamaq üçün onları öyrənmək lazımdır. Yoxsa biz həmişə gecikəcəyik. Qadın və uşaqların meyitlərini aşkar edəcək, ehtimal olunan cinayətkarı axtaracaq, onları ələ keçirəcək, ömürlük cəza ilə həbsə atacaq və yeni bir cinayətkar ortaya çıxanadək öz işimizi uğurla başa vurduğumuzu düşünəcəyik"
Sayfa 106 - XI FƏSİLKitabı okudu
"-Bax, elə buna görə də bizdə heç nə alınmır,- professor köks ötürdü.- Cəmiyyət bu cür problemlərə psixologiya, kriminalistika və tibbin vahid nöqteyi-nəzərindən baxmağa hazır deyil. Biz mütləq cəza tələb edirik- keçmişdə olduğu kimi, "gözə göz, dişə diş", yəni əvəz-əvəz. Nəhayət, yeniyetmənin tərbiyə mexanizmində hansı pozulmaların baş verdiyini anlamaq lazımdır ki, bu cür insanları öldürməyək, yalnız müalicə edək. -Siz bu barədə öldürülən qadının anasına danışın,- Rezunov məsləhət gördü,- ya da manyakın zorlayıb boğduğu qadının uşaqlarına. O anaların və uşaqların nə hiss etdiyini təsəvvür edirsinizmi?"
Sayfa 103 - XI FƏSİLKitabı okudu
Reklam
"Uşaq anasından icazəsiz dolabı açaraq oradan mürəbbə götürüb yeyir. Ağıllı ana uşağın düz eləmədiyini başa düşür. O, uşağı yumşaq şəkildə, acıqlanmadan danlayacaq və başa salacaq ki, belə eləmək olmaz. Axı onsuz da həmin mürəbbəni onun üçün bişirib. "Ata baxışı"na sahib olan, yaxud uşağını atasız böyüdən ana isə məsələyə başqa cür yanaşır. O, uşağı danlamaqla yanaşı, həm də cəzalandıracaq ki, o, hərəkətinin düzgün olmadığını yaxşı başa düşsün. Halbuki onu artıq danlayıb- elə bu da cəzadır. Belə olan halda, uşağı ayrıca olaraq cəzalandırmaq ona gələcək səhvinə görə qabaqcadan cəza vermək deməkdir. Bu onun üçündür ki, uşaq verilən cəzanın qorxusunu yadında saxlasın və bir də anasının qoyduğu qaydaları pozmasın. Bu, uşağı acıqlandıra bilər, xüsusilə də, cəzanın ölçüsü məntiqdən kənara çıxdığı hallarda. Uşaq öz hərəkətinin belə bir cəzaya layiq olmadığını başa düşür. Lakin ana elə hesab edir ki, uşağı məhz bu cür tərbiyələndirmək lazımdır. Nəticədə isə daha ağıllı ana problemə hər şeyi görən və bağışlayan Allahın gözü ilə baxır. O biri, "ata baxışı"na sahib olan ana isə fikirləşir ki, hər əmələ görə mütləq cəza verilməlidir. İnsan məntiqinə görə hamısı doğrudur. Ancaq bu, iblis məntiqidir. Demək olar ki, bütün dinlərdə belə deyilir: "Öz yaxınını sev, əfv etməyi bacar" "
Sayfa 109 - Kazbek QurtuyevKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.