Bunu Sənin Üçün Edəcəyəm

Thierry Cohen

Newest Bunu Sənin Üçün Edəcəyəm Quotes

You can find Newest Bunu Sənin Üçün Edəcəyəm quotes, newest Bunu Sənin Üçün Edəcəyəm book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Deməli, acı, rəhmsiz hadisələr məni həyat hüdudundan vurub çıxarıb..Mən artıq bu dünyaya məxsus deyiləm..Yaşamanın məntiqini qoyduğum bünövrəni hissələrə parçalayan mümkünsüz şeylər baş verdi..Və obrazların, dəyərlərin, fikirlərin daşıyıcısı olan sözlər yuyulub gedir..Bəlkə də nə vaxtsa yenidən formaya düşəcək, ancaq əlbəttə ki, onlar qoyduğum yerlərdə olmayacaq..
Xırda müdirlər şöhrətpərəst, təkəbbürlü olurlar, onların yeganə arzusu tabeliyində olanların gözlərində güclərini görməkdir. Nəhayət cavab tapdım: fürsət tapıb, çalışıb onlara hörmət etmək lazımdır- hər halda, onlara qalib gəlmək arzusu yaranana kimi..Bax beləcə, gözə çarpmadan onlara oxşadım və sonra onlardan biri oldum..Həmin günə kimi belə idi..
Reklam
Başqalarından fərqli olaraq mən yıxılmamaq üçün irəli getmişəm. Əlli metr hündürlükdə məftil üzərində olan velosipedçi kimi. İşə başlamamışdan əvvəl mən o qorxunu yox etmişəm.
Çətin, ya da qızıla bürünmüş gənclik, eybəcərlik, sevməmək, kompleks keyfiyyətsizlik və ya üstünlük, qəbul etməyə tələb və hakimiyyət hərisliyi, sevmək və heyran olmaq həvəsi. Tipik, asan anlaşılan sxem. Onlar heç vaxt nə ehtiyacdan, nə də döyülməkdən qorxmayıblar. Onlar həmişə həyatlarını planlaşdırmağı bacarıblar, mən də bunu öyrənmişəm: yüksəlmə, komfort, status, sözlər seçmək bacarığı, lazım olan tanışlıqlar, seçilmə əlamətləri və bəzən qiraət çevrəsi..
Mən həmişə hakimiyyətdə olanların və varlı insanların heçliyini, kiçikliyini açıq-aydın görürdüm. Bu, burulğanlı gəncliyimdən qalmış yeganə faydalı təcrübədir. O lazım gəldikdə tez bir zamanda uyğunlaşmağa, hamının, hər kəsin həqiqi əsaslarını aydınlaşdırmağa imkan verirdi.
Sifətimdə yağış damcılarını hiss edəndə dayanıram. Qoy göz yaşlarıma qarışaraq yaxın keçmişdə olan bəd fikirləri yuyub aparsın və məni bu kabusdan əvvəlki həyatıma qaytarsın.
Sayfa 299Kitabı okudu
Reklam
64 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.