Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Buqələmun

Ülviyyə Tahir

Yorumlar ve İncelemeler

Tümünü Gör
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
#ÜlviyyəTahir #Buqələmun Kitabı oxuyan zaman İlk başda bir-birinə aşiq iki insanın ailəsi canlanır təsəvvürümüzdə. O eşqin gözəllikləri olan iki körpə Heydər və Nigar. Birdə ən əsası özünü ikinci plana ataraq sevgisinə qurban verən, monoton həyatı olan bir Azərbaycan qadını Ofelya. Hansı ki, həyat yoldaşının (Şahin'in) edəcəklərindən xəbərsiz yaşayan özünü dünyanın ən xoşbəxti hesab edən qadın və atalarını sevən iki körpə,, qarşıda onları nələrin gözlədiyini , həyatın onlara nece oyun hazırladığını bilmədən öz kiçik dünyalarında oyunlar oyanayırlar (( Səhifə'lər irəlilədikcə bu mehriban ailə tablosuna sanki damcı-damcı ləkələr səpələnir.... Ofelyanın həm özü ilə, həmdə insanlarla mübarizə aparma çarəsizliyi, körpələrin atalarının gələcəyinə aldanma məsumluqları, Sevda'nın (Ofelyanın rəfiqəsi), Ofelyanın ailəsinin onu ayaqda tutma çabası vəəə Şahin'in etdiyi şərəfsizliklər.... bunlarla yanaşı İslam dini haqqında hissələr'də kitabda yer almışdır.. Bir sözlə mövzunun günümüzlə bağlı (yəni əzilən qadınlar, öldürülən qadınlara aid ) eyniliyi daha çox bağladı məni kitaba . Çox açıq vermiş olmuyum çünki kitabı oxumaq istəsəniz marağınız qaçar. İnsanı suallar içində boğan bir kitabdır və məhz Ofelya ilə həyatda görüşə bilmə şansım olsaydı ona veriləcək o qədər suallarım var ki,,, eynən kitabdakı cavabı gözlənmədən verilən rabitəsiz suallar kimi... Oxumağınızı tövsiyyə edirəm çox ama çox möhtəşəm kitabdır
Buqələmun
Buqələmun
Ülviyyə Tahir
Ülviyyə Tahir
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
Reklam
224 syf.
6/10 puan verdi
·
6 günde okudu
Xoşbəxt, imkanlı və gözəl bir həyat yaşayan Ofeliya zənn etmir ki, bir gün ayağı büdrəyəcək və həyatı altı üstünə gələcək. Dəlicəsinə aşiq olduğu yoldaşı Şahin ona xəyanət edəcək, işini, evini və var-dövlətini itirəcək. Sonda isə iki övladını saxlamaq üçün həyatla olan döyüş meydanına atılacaq. Ofeliya bu yolda yeganə bir şey qazanır, o da din və Allah. Kitab mənə elə də bir şey qatmadı, ancaq Ofeliyanın gözündən hadisələrə şahidlik etməyim fərqli və gözəl bir təcrübə oldu. Hələlik, gözəlim...
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
%39 (89/224)
1/10 puan verdi
Özümü məcbur eləyərək ən çox 89-cu səhifəyə qədər gələ bildim. Dil, üslub, mövzu ideya bir kənara mətndə bədiilik yoxdu. Başlayanda elə sona çətin çıxaram deyə hiss eləmişdim, yaxşısı yarıda saxlamaqdır.
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
224 syf.
3/10 puan verdi
·
4 günde okudu
Böyük gözlənti ilə başlayıb yarısında bunu qarşılamayacağını anlayaraq tez bitirmək istədiyim əsər oldu. Müəllifin qələmindən oxuduğum ilk kitabdır, maraqlısı odur ki, ilk qələm təcrübəsi deyil, lakin buna baxmayaraq olduqca zəifdir. Hərşeydən öncə əsərin ideyası çox bəsitdir, simvolik buqələmun ideyası ilə ikiüzlü insanlardan söhbət açıb sonda onu “Sırlar Dünyası” serialındakı kimi sonluğa bağladı. Əsərin dili şablondur, təbiilik, səmimilik hiss edilmir, günlük həyatda kim rəfiqəsiylə söhbət edərkən feminist olduğunu dönə-dönə təkrarlayarki? Yəni buna ehtiyac var? Və ya kiminsə çox kitab oxuması onun yüksək dünyagörüşünə malik, yaxşı insan olması deməkdir? Müəllif obrazlarının xarakterlərini əməlləri ilə oxucuya çatdırmaq yerinə, onların dilindən adlandırıb qısa yolu seçib, məsələn filankəs narsistdir, behmankəs dindardır və s. Obrazların xarakterlərini anlamaq olmurdu və müəllifin oxucuya çatdırmaq istədiyi personajların hekayə irəlilədikcə hərəkətləri ilə başlanğıcdakı təsvirləri təzadlı idi. Ümumiyyətlə nə oxudum başa düşmədim, nə bir şey qazandım, nə də ki oxuduğumdan zövq aldım. Müəllifin digər kitabları diqqətimi çox cəlb eləsə də, tərəddüdlüyəm.
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
Reklam
224 syf.
9/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Zənnimcə bəzi öz duyğularını idarə edə bilməyən gənclər oxusalar onlara gözəl örnək olar. Biri mən, öz hisslərimi duyğularımı anlayan biri olmadığımın fərqinə varmağıma kömək oldu. Travmalarla üzləşməkmi deyim, yeni travmamı yaratdı bilmirəm. Bir onu bilirəm ki, xəyanətin necə yara olduğunu yaradanın isə necə cəza verdiyinin şahidi oldum. İnsanda xəyanətə nifrət yaradacaq, mənfi reallıqları öz çılpaqlıqları ilə ifadə edəcək bir məzmuna sahibdir. Dili çox sadə, bədii ifadə vasitələri az idi. Kitabda bəzi hissələrdə mövzudan kənar islami, dini mövzular da açılır, hətta hicabla bağlı hissələr var. Düzü mövzuya uyğunluğunu anlamadım, amma yazıçı təxəyülünə nə isə deyə bilmərəm..
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
224 syf.
·
Puan vermedi
·
14 saatte okudu
Çox maraqlı kitabdır. 6 saata bitirdim .Səbəbi 1 cümləsin oxuduqda qarşıda gələn 2 ci cümlə və baş verən hadisələrin nə zaman bitəcəyini sonda nə baş verəcəyini səbirsizliklə gözləyirsən. Bu əsərdə də xəyanət var. Yenə oxuduğum bir çox kitab kimi burda da xəynətə rast gəldim .Psixolojik cəhətdən sarsıtsa da məzmunun gözəlliyini bu neqativ düşüncənin üzərin bağlayır.
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
224 syf.
9/10 puan verdi
·
Beğendi
Yazardan oxuduğum ilk kitabdır.Kitabın üz qapağı diqqətimi çox cəlb etdiyindən haqqında məlumatım olmasa belə almışdım.Oxumadan öncə bir az çəkinirdim ki, ya kitabı üz qapağını sevdiyim qədər sevə bilməsəm?) Amma çox şükür elə olmadı,əsəri də ən az üz qapağı qədər bəyəndimm... Romanın baş qəhrəmanı öz kitabxanası olan və kitab oxumağı çoxxx sevən bir qadındır.Həyat yoldaşı və övladları ilə çox gözəl,xoşbəxt bir ailəsi olan bu qadının (Ofeliya'nın) həyatı sevdiyi adamın əli ilə sanki anidən zindana çevrilir...Baş verən hadisələrdən yazıb spoiler vermək istəmirəm,bir sözlə Ofeliyanın güvəndiyi dağlara təəssüf ki, gözləmədiyi bir anda qar yağır... Yazar romanda hadisələri o qədər gözəl təsvir edib ki,indi bu təhlili yazarkən,əsəri düşünərkən sanki bu hadisələr gözümün qarşısında baş verib kimi hiss edirəm. Sıxılmadan oxuya biləcəyiniz,olduqca gözəl və axıcı bir əsərdir.Sizə xoş və bol mütaliələr.
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.