Seçilmiş Öyküler

Büyüklere Masallar 2

Aziz Nesin

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
8/10 puan verdi
Əziz Nesin - Qum qalalar
Kitabsevərlər qrupunun nəşrlərindən oxuduğum növbəti kitab Əziz Nesin - Qum qalalar kitabı... Kitabda 15 uşaq hekayəsi toplanıb. Hər biri ayrı gözəldi, hər biri ayrı ayrılıqda tərbiyəvi əhəmiyyət kəsb eləyir. Əziz Nesin istər şəxsiyyət olaraq, istər yazıçı - publisist olaraq, istərsə də şair olaraq xüsusi yeri olan yazıçılardandı mənimçün. Yaradıcılığını sevərək, zövq alaraq oxumuşam. Şəxsiyyətini özümə örnək almışam hər zaman. Hekayələrində oxuyucuya çatdırmaq istədiyi ideyalar, mövzu, məzmun o qədər gözəldi ki, oxuduqca heyran qalmaya bilmirsən. Əziz Nesin keçmişimizə, bu günümüzə ayna olan, ortaq dəyərləri, inancları olan toplumların problemlərini xüsusi dillə işıqlandıran, göstərə bilən nadir yazıçılardandı. Kitabdaki bütün hekayələri sevdim, ancaq xüsusilə sevdiyim hekayələr " Qısqanc nəqliyyat vasitələri", "Özündənrazı badam ağacı", "Çərpələng uçuranlar", "Qum qalalar", "Özünə qəsd edən padşah", "Gözəl həqiqət", "Yağış duası" hekayələri oldu. Məncə, uşaqlarınıza bu kitabdaki hekayələri mütləq oxuyun, hətta oxumaqla qalmayın, onlarla bərabər hər bir hekayənin məzmunu, ideyasını müzakirə eləyin. #Kitabsevərlər #ƏzizNesin #Qumqalalar #19cukitab
Qum Qalalar
Qum QalalarAziz Nesin · 035 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.