Dinleyen yıldızlara, Feyre.
Ve gerçekleşen hayallere, Rhys.
Seriyanın 4-cü kitabıdır və özünə xas bir hadisəsi və ya əvvəlkilər kimi həyəcanı yoxdur. Daha çox bütün bu yorucu hadisələrdən sonra obrazların daxili dünyası ilə (qismən) və günlük yaşantısı ilə tanışlıqdır. Burda da qeyd edim ki Feyre, Rhys və Cass, çox az bir qismində isə Morun dilindən hissələr var. Mən xüsusilə Azrieli və bəlkə biraz da Elaineni də görmək istəyərdim.
Mənim üçün o qədər də maraqlı keçmədi, yenədə günlük və yeni həyatlarına adaptasiya olmağa çalışmaqları gözəl idi.
Digər cəhətdən Nestanı yenə sevmədim, bir çox oxucu son kitabda ona rəğbət bəsləyə biləcəyimi deyir amma zənn etmirəm. Bu kitabda həddindən artıq əsəb pozucu idi. Müharibədən həddindən artıq etkiləndiyinə görə (ki bu hamısına aid idi) özünü hər kəsdən soyutlayıb, içkili və müxtəlif oğlanların həyatında bir gecəlik rola aldığı bir obrazı canlandırıb. Kifayət etməyib, bütün ödənişlərini sanki borcları varmışcasına Feyregilə ödədir.
Son kitabı Rhys, Feyre və digərlərinin sonunu bilmək üçün oxumaq istəyirəm, lakin daha çox Nestaya fokuslanıb və digər obrazlara elə də çox yer verilmədiyini öyrəndim. Bu səbəbdən biraz sual altında qalmışam.