Canavar Ovu

Tural Sahab

Most Liked Canavar Ovu Posts

You can find Most Liked Canavar Ovu books, most liked Canavar Ovu quotes and quotes, most liked Canavar Ovu authors, most liked Canavar Ovu reviews and reviews on 1000Kitap.
“Savaş meydanında şirə dönmək...” Nağıllarda, rəvayətlərdə eşitdiyim bu sözləri indi daha yaxşı anlayırdım. Hər an başlayacağını bildiyin bir savaşı gözləmək yaralanmaqdan da, ölməkdən də betər duyğudu. Tez sonuna çatmaq, savaşın aqibətini həll etmək istəyirsən. Elə ona görə də, “savaş meydanında şirə dönürsən...”
Sayfa 111Kitabı okudu
Məhz məni... Niyə? Ən çətin sual da bu idi. Bu düşmənçiliyin “niyə”sini dərk eləmək üçün mən çox gecikmişdim. Özü də lap çox...Bəlkə min il, bəlkə də milyon il... İndi isə tələsməliydim, cavabı tapmağa ümidim olmasa da, düşmənçiliyi bitirə bilərdim.
Reklam
....Dünyanın “dünən-bu gün” nizamını düşündüm. Onlar vardı bu dünyada, biz yoxduq... İndi də biz varıq, onlar yoxdu...
Bəzən adam hiss elədiyini deməyə söz tapmır, sanki təxəyyülündəkiləri sözlərə əmanət etməyə ürəyi gəlmir. Mənsə, əksinə, hisslərimi, təxəyyülümdəki əlvanlığı sözlərlə anlada bilirəm. Qəribəsi odur ki, çox vaxt real hadisələri söyləməkçün söz qarşısında aciz qalıram. Bəlkə də, qorxuram ki, birdən hər şeyi olduğu kimi, dəqiqliklə söyləyəmmərəm... Sonra da olub-keçənlər xatirəmdə daşa dönər, ürəyimə ağırlıq edər...
Bədənimdən axan soyuq tərin daxilimdəki qorxunun əlaməti olduğunu bilirdim.
Əgər içinizdəki qorxunu öldürməsəniz, o sizi öldürəcək. Şeyx Şamil.
Reklam
92 öğeden 81 ile 90 arasındakiler gösteriliyor.