Canavar Ovu

Tural Sahab

Featured Canavar Ovu Posts

You can find Featured Canavar Ovu books, featured Canavar Ovu quotes and quotes, featured Canavar Ovu authors, featured Canavar Ovu reviews and reviews on 1000Kitap.
158 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
Canavar Ovu
Canavar Ovu
---Yazarın qələmindən oxuduğum ilk kitab oldu. Davamı olacağına isə əminəm. Fikirlərimə kənd həyatının təsviri ilə başlamaq istəyirəm. Müasir dövrdə insanların böyük şəhərlərə axın etməsi, kəndlərin insansız qalması (Urbanizasiya) aktual bir məsələyə çevirmişdir. Kitabda isə kənd həyatının təsviri o qədər geniş və ürək açan şəkildə verilmişdir ki , "Kaş bir günlük orda yaşayardım" dediyim məqamlar oldu. Ən sevdiyim amil isə kənd camaatının bir birinə qarşı münasibəti idi. Xeyrə, şərə bütün qonşuların yığışıb əl yetirməsi, ailə dəyərlərinin ön planda olması çox gözəl idi. İndiki dövrdə belə əlaqələr zəifləməyə doğru gedir desəm yanılmış olmaram. Və sonda qeyd etmək istəyirəm ki , ilk dəfə idi kitab oxuyanda hansısa bir obraza qarşı nifrətim yaranmadı. Çünki kitabda olan bütün obrazlar sanki xüsusilə işlənib hazırlanıb. İçlərində pislik , kin , paxıllıq kimi mənfi xüsusiyyətlər yoxdur. Bu arada Cahnagir obrazı favorim oldu. Əsl Azərbaycan oğullarının nümunəsi idi.
Tural Sahab
Tural Sahab
sizə yazıçılıq fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
Adam anlayanda ki, yaxınını, əzizini birdəfəlik itirib, daha görməyəcək, doya-doya ağlamaq istəyir, dünyanın heyfini gözlərindən çıxmaq istəyir...
Reklam
Sevinclə kədər həyat naxışının ilmələridi, biri olmasa, o zaman, bu naxıș da tam olmaz sökülüb gedər... Ona görə də, insan gərək sevincdən qanad açıb uçduğu hər an kədərin də onunla birgə pərvazlandığını unutmasın.
Bəzən adam hiss elədiyini deməyə söz tapmır, sanki təxəyyülündəkiləri sözlərə əmanət etməyə ürəyi gəlmir.
Əhlilləşən canavarlar-itlər, zaman keçdikcə, insanın ən sadiq dostuna çevrilmişdi. Azadlığın hüdudsuzluğunu dadan canavarlar isə insanla dostluq edən həmcinslərini xain sayırdı. Ona görə də heç vaxt onların arasında sülh bağlanmırdı, itlər və canavarlar həmişə qarşı cəbhələrdəydilər. Sadəcə, bir fərq vardı; itlər azadlıqlarıyla bərabər güclərinin, təbii bacarıqlarının da bir qismini itirmişdilər. Bəlkə də, onların azad canavarlara məğlub olmalarının sirri bundaydı?!
Sayfa 124Kitabı okudu
... istər insan olsun, istər heyvan, bir canlının bacarığının sərhədi onun ən çarəsiz qaldığı vaxtlarda sınanırdı...
Reklam
92 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.